Şeytan nə üçün yaradılmışdır?

Şeytan nə üçün yaradılmışdır?
Qadın və Din
10.09.2017 63
Bu sualın iki istiqaməti var. Biri şeytanın yaradılış məqsədi, digəri isə yaradılış hikməti. 
Əvvəl məqsəd üzərində qısaca dayanaq. Bilindiyi kimi şeytan cin növündən bir varlıqdır. 
"Mən cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratdım" ayəsinə görə cinlərin yaradılış məqsədi də, insanlarda olduğu kimi, Allaha inanmaq, ona ibadət və onu tanımaq yolunda tərəqqi etməkdir. 
İnsanlar içərisində bu imtahanı itirən küfr əhli insanlar olduğu kimi cinlərdə də var. 
Şeytan bu ikinci qisim cinlərdəndir. 
Özü Hz. Adəmə (as.) səcdə etmədiyi üçün İlahi rəhmətdən qovulmuş və öz arzusu üzərinə bir İlahi hikmət olaraq, özünə qiyamətə qədər insanlara müsəllət olmaq, onları yoldan çıxarmaq üçün işləmək icazəsi verilmişdir. 

Bu icazənin verilmək hikməti isə bir deyil yüzlərlədir. 
Bunlardan ən əhəmiyyətliləri bu iki hikmətdir. 
Haqq, şeytan vəsvəsəsi olmadan da insanları imtahan edə bilər, şeytanın vəzifəsini də insan nəfsinə yükləyə bilərdi. 
Amma belə etməklə, şeytanın o çirkin arzusunu, yəni qiyamətə qədər insanları haqq yoldan azdırmaq arzusunu qəbul etməklə şeytanın cəhənnəmdə çəkəcəyi əzabı milyardlarla qat artırmış oldu. 
Çünki, "Səbəb olan işləyən kimidir." hədisinə görə, insanların şeytan vəsvəsəsinə uyğun gələrək işlədikləri günahların bir qatı da şeytana yazılır və beləcə onun əzabı atdıqca artırdı. 

Digər hikmət isə, insanların nəfs və şeytan ilə bir imtahan keçirməkləri və bu imtahanı qazanan möminlərin mələklərdən daha irəli dərəcələrə yüksəlmələridir. 
Əgər, insan nəfsinə pisliyi əmr etmək xüsusiyyəti verilməmiş olsaydı və insanlara şeytan müsəllət olmasaydı insanların dərəcələri də mələklərdə olduğu kimi sabit qalacaqdı.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!