Bitmeyen seytan hiyleleri

Bitmeyen seytan hiyleleri
Qadın və Din
10.09.2017 27
Bismillahir-rehmanir-rehimBitməyən şeytan hiylələriBir gün Şeytan, dünya səviyyəsində konvansiyonəl bir yığıncaq üçün bütün dostlarını çağırmış. Açılış danışmasında demiş ki:- Müsəlmanların məscidlərə getməsini maneə törədə bilmirik. Quran oxumalarını və gerçəkləri öyrənmələrini də maneə törədə bilmirik. Allah və elçisi ilə möhkəm əlaqələr qurmalarını da maneə törədə bilmirik. Allah ilə bir dəfə əlaqə qurduqlarında üzərlərindəki gücümüz qırılır.Dostları demiş ki:- Həqiqətən çətin bir vəziyyət, yaxşı nə edək?Şeytan demiş ki:- Buraxın məscidlərə getsinlər. Lakin zamanlarını oğurlan, beləcə Allah və elçisi ilə əlaqə qura bilməsinlər. Sizdən istəyim budur.Şeytan davam etmiş:- Diqqətlərini dağıdın, beləcə gün boyunca Allah ilə həyati əhəmiyyətə sahib əlaqəni qura bilməsinlər.Dostları çaşmış:- Bunu necə bacaracağıq?Şeytan:- Həyatın əhəmiyyətsiz detallarıyla zehinlərini davamlı məşğul et! Müsəlmanların qulaqlarına bunu pıçılda:"Xərclə, xərclə, xərclə.. Borc al, borc al, borc al.."Qadınlarını işə girib uzun saatlar boyunca işləri üçün razı sal ! Kişilərin həftədə 6-7 gün, gündə 10-12 saat işlərini və beləcə həyatlarında boşluq qalmaması üçün planlar et! Uşaqları ilə zaman keçirmələrini maneə törət!Evləri fərahlaydıqları bir yer olmaqdan çıxacaq! Zehinlərini o qədər məşğul et ki öz iç səslərini (avto kritik, nəfs mühasibliyi) dinləyə bilməsinlər!Beləcə başları qarışacaq, Allah və elçisi ilə zehni birlikləri qopacaq.- "Bravooo, mükəmməl fikir" deyə alqışlamış dostları.- "Durun, daha bitmədi", deyə davam etmiş Şeytan:- Qəhvəxanalarda, həkim müayinəxanalarında, kafelərdə masaları qəzet və jurnallarla doldur! Zehinlərini 24 saat xəbər bombarıdmanına tut! Avtomobil istifadə etmə əsnasında təfəkkür etmələrini maneə törət, İnternetə girənlərinin e-poçt qutularını əhəmiyyətsiz mesajlarla, məhsul kataloqları ilə, bəhslərlə, çəkilişlərlə, promosyon məhsulları ilə və boş ümidlərlə doldur!Qəzet və TVləri incə quruluşlu gözəl modellərlə doldur ki ərləri xarici gözəlliyin əhəmiyyətli olduğuna inansınlar və xanımlarından xoşlanmasınlar! Qadınların, axşamları ərləriylə maraqlana bilməyəcək qədər çox yorulmasını təmin et! Əgər qadınlar, kişilərin ehtiyacı olan sevgini verə bilməzlərsə, kişilər bu sevgini başqa yerlərdə axtaracaqlar! Uşaqlarına namazın əhəmiyyətini izah etmələrini maneə törətmək üçün hekayə kitablarını tövsiyə et! Təbiətə çıxıb Allahın yaratma sifətini görmələrini maneə törətmək üçün onları çox məşğul et, əyləncə parklarına, sərgilərə, idman qarşılaşmalarına, oyunlara, konsertlərə, kinolara vs. apar! Oralarda döyüş çıxarıb bir-birlərini vurmaları təmin et! Bizim işimiz fitnə çıxarmaqdır, bunu unutma!İslami dostluqlar və söhbətlər yerinə, tərəfdar-partiya dostluqlarını və dedi-qoduları təşviq et! İşdə plan bu! Futbol, həyatlarının mərkəzi olsun.Futbolçuların adlarını uşaqlarına əzbərlətməyi bacarıq saysınlar! Ancaq İslamın şərtlərini maraq belə etməsinlər!Hiyləgərcə plan üçün dostları şeytanı dəlicə alqışlamışlar və ölkələrə dağılarkən müsəlmanları daha çox məşğul edəcəklərinə, təlaş içində oraya bura qaçdıqlarına, Allaha, elçisinə və ailələrinə daha az zaman ayırdacaqlarına söz vermişlər. Sən tərəfindən bu plan muvəffəqiyyətlimi??скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!