Niyə İmam Rzaya (ə) "qərib" deyirlər?

Niyə İmam Rzaya (ə)
Qadın və Din
10.09.2017 12
 

 İmamlardan yeddisi öz vətənindən (Mədinədən) kənarda dəfn edilib: İmam Əli, İmam Hüseyn, İmam Kazim, İmam Rza, İmam Təqi, İmam Nəqi və İmam Əsgəri (ə). İmam Rzadan (ə) başqa yuxarıda adı çəkilən imamların bir neçəsi haqqında da dini kitablarda və ziyarətnamələrdə "qərib” kəlməsi işlədilib. 


Amma bu imamlar heç olmasa ərəb məmləkətlərində dəfn ediliblər. Yəni İraqın Nəcəf, Kərbəla, Bağdad və Samirra şəhərləri İslamdan sonra salınıb və onların əhalisi Ərəbistandan köçmüş qəbilələrdən ibarətdir. Amma İmam Rza (ə) Xorasan vilayətinə zorla aparılıb və ömrünün son illərini burada keçirməyə məcbur olub. Xorasanda xeyli gəlmə ərəb qəbiləsi olsa da, buranın yerli əhalisi fars mənşəli idi və ərəb deyildi. Bəlkə də bu üzdən İmam Rza (ə) xüsusi olaraq "qərib” ləqəbi ilə məşhurdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!