Axirətdə ölüm varml?

Axirətdə ölüm varml?
Qadın və Din
10.09.2017 10
 
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər" (Məryəm, 39) ayəsi haqqında belə demişdir:


"Qiya­mət gü­nü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək.
Sonra carçı: "Ey Cən­nət əhli!”– deyə çağıracaq. Cən­nət əhli başlarını qaldırıb ona tərəf ba­xa­caq­lar.
Carçı: "Bunu tanı­yırsınızmı?”– deyə soru­şacaq.
Onlar: "Bəli, bu ölüm­dür!”– deyə cavab verəcək­lər. Çünki onların hamısı ölümü görmüşdülər.
Sonra carçı: "Ey Cəhənnəm əhli!”– deyə səsləyəcək. Cəhənnəm əhli baş­larını qaldırıb ona tərəf baxacaqlar.
Carçı: "Bunu tanıyırsınızmı?”– deyə so­ru­şa­caq.
Onlar: "Bəli, bu ölümdür!”– deyə cavab verə­cəklər. Çünki onların ha­mı­sı ölümü görmüş­dülər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra on­la­ra deyilə­cək: "Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyə­cək­si­niz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşa­yacaq və heç vaxt ölmə­yə­cək­si­niz!”
Sonra Peyğəmbər:
"Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qor­xut! Çün­ki onlar qəflətdədirlər...”ayəsini oxudu və: "Bu dün­ya­nın sa­kin­ləri xəbər­siz­dirlər”– dedi, sonra da davam etdi və: "və iman gətir­mir­lər”– deyərək ayəni tamam­ladı.” (əl-Buxari, 4730)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!