Fitnədən Allaha pənah aparmaq

Fitnədən Allaha pənah aparmaq
Qadın və Din
10.09.2017 34
Həzrət Əli(ə): Heç biriniz «Allahım! Fitnə və imtahandan Sənə pənah aparıram» deməməlidir. Çünki fitnəyə düçar olmayan şəxs yoxdur. Lakin pənah aparan kəs gərək (haqq yoldan) azdıran fitnələrdən pənah aparsın. Çünki nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Ənfal surəsinin 28-ci ayəsində) buyurur: «وَاعْلَمُواْ أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلادُكُمْ فِتْنَةٌ» «Bilin ki, mal-dövlətləriniz və övladlarınız fitnədirlər.» 



Bunun mənası budur ki: Nöqsan sifətlərdən pak və uzaq olan Allah onları var-dövlət və övladları ilə imtahana çəkir ki, ruzisinə qəzəblənən və öz qismətinə razı olan bəlli olsun, hərçənd ki, eyb və nöqsanlardan pak olan Allah onlardan, onların özündən də çox xəbərdardır. Amma imtahan ona görədir ki, savab və cəzaya layiq əməllər (onların özləri vasitəsi ilə) aşkar olsun. Çünki onların bəziləri oğlan uşağını çox istəyir, qızdan isə xoşları gəlmir, bəziləri var-dövləti çoxaltmağı sevir və onun azalmasından narahat olurlar. 

(Nəhcül-bəlağə, 90. hikmət)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!