Allah və Hüseyn (ə) eşqi

Allah və Hüseyn (ə) eşqi
Qadın və Din
10.09.2017 15
Bir gecə Hüseyn ibni Əli (ə) atasının dostlarından biri ilə Məkkeyi-Müəzzəmədə nənəsi Xədiceyi-Kübranın (s.ə) qəbrinin yanına gəldi, göz yaşı axıtdı, sonra yanında olan Ənəsə belə söylədi:

"Məndən və bu məkandan bir qədər aralan və məni tək burax.” Ənəs deyir: Mən bir kənara çəkilib gizləndim, Hüseyn (ə) namaza durdu, münacatı və namazı uzun çəkdi. Eşitdim ki, deyir:

"Ey Pərvərdigar, Sən mənim–Öz bəndənin mövlasısan, Öz kiçik quluna rəhm elə ki, onun pənahgahı Sənsən.”

"Ey böyük sahib, Sənin üstünlüklərin mənim arxamdır. Xoş o adamın halına ki, Sən onun mövlasısan!”

"Xoş o adamın halına ki, Səndən qorxur, gecələr oyaqdır və öz çətinliklərini Sənin dərgahına söyləyir.”

"Və heç bir dərd və xəstəlik onun öz mövlasına olan eşqindən artıq deyildir.”

"Kim hər zaman öz qəm-qüssəsini bəyan etsə, Allahı onun cavabını verər və "ləbbeyk” deyər.”

"Kim ki, gecənin qaranlığında dua etməyə və ağlamağa başlayarsa, Allah onu əziz sayar və Öz yaxınına buraxar.”



Bu şərəfli münacatın davamı vardır, oxumaq istəyənlər İbni Şəhraşubun "Mənaqib” kitabına müraciət edə bilərlər.[Mənaqib, c.4, səh.69 / Biharul-ənvar, c.44, 193(yeni nəşr)]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!