Namaz təvazökarlıq nişanəsidir

Namaz təvazökarlıq nişanəsidir
Qadın və Din
10.09.2017 17
 
Əsl bəndəlik təzahürü təvazökarlıqdır. Təvazökarlıq özünü digərlərindən üstün tutmamaq, onlara ehtiram etmək və təkəbbür kimi rəzil əxlaqi keyfiyyətlərdən uzaq olmaqdır. Həzrət Əli (ə) təvazökar olmağı ən böyük ibadət hesab edərək buyurur: "Sizi təvazökar olmağa dəvət edirərm. Çünki, təvazö ən böyük ibadətdir.”[Kafi, c.2, səh.123] 


Ən böyük təvazökarlıq isə Allah qarşısında edilməlidir. O Allah ki, bəndənin hər bir şeyi onun tərəfindəndir. Bəndənin Allah qarşısında itaətsizlik göstərib, əmrlərinə etinasız yanaşması isə təvazökarlığın əksidir. Təvazökar olmağın ilk nişanələrindən biri də Namaz qılmaqdır. Qurani-kərimdə bu əxlaqi sərvətin əlamətləri belə xatırlanır: "Onlar o kəslərdirlər ki, Allahın adı çəkiləndə qəlbləri (qorxudan) titrəyir, hər bir müsibətə səbr edirlər, namaz qılırlar və onlara verdiyimiz ruzidən ehsan edirlər.” [Həcc, 35]



"Fiqh ər-Rza” kitabından nəql edilir ki, namazı yuxulu, tənbəl, tələsik halında yox, mətinlik və vüqarla qılmaq lazımdır. Namazda xüşu və təvazö halında ol. Namazda həmişə ümid və qorxu arasında qal. Allahın hüzurunda elə namaz qıl ki, sanki, günahkar bir şəxs tövbə edib bağışlanmasını diləyir. Sağa-sola boylanma. Elə təsəvvür et ki, sən Allahı görürsən, ən azı sən Onu görməsən də O, səni görür. [Adabe-salat, səh.151]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!