Kimlər Aldandı?

Kimlər Aldandı?
Qadın və Din
10.09.2017 23
Hələ bir izah et Gözəl Dost. Bu dünyada kimlər aldandı..?
- Cəhənnəmi hesaba qatmayan dindar aldandı..! ( Zümər, 47 )
Söylə mənə Can Dostum, kimlər aldandı..? - Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..! ( Nisa, 123 )
Söylə, başqa kimlər aldandı..? - Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..! ( Nisa, 78 )
Gözəl Dost! Daha kimlər aldandı..? - Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..!
Başqa kimlər aldandı..? - Saleh əməl işləyirəm sanan riyakar (ikiüzlü) aldandı..!
İzah et Hakim! Sonra kim aldandı..? - Aləmə nəsihət verib özünü unudan aldandı..! ( Bəqərə, 44 )
Başqa varmı..? Daha kim aldandı..? - Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..! ( Furqan, 43-44 )
Hələ bir izah et Sevimli Dost! Başqa kimlər aldandı..? - ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..! ( Əraf, 98 )
Hələ davam et, başqa kimlər aldandı..? - Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..! ( Kəhf, 104 )
De mənə! Daha kimlər aldandı..? - Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..! ( Nisa, 95 )
Söylə.. Söylə, ta ki hər kəs duysun səni..! Hələ, hələ kimlər aldandı..? - Namazı olmayan aldandı..! ( Müddəsir, 39-43 )
Kim özünü yandırdı, kimlər aldandı..? - "..Mən bundan sonra xilas ola bilmərəm.." deyən me'yus (ümidsiz) aldandı..! ( Zümər, 53-54 )
Ey Gözəl Xeyirxah! İzah et kim aldandı..? - "..ALLAH diləməsəydi günahkar olmazdım.." deyən, qədəri yalan sayan aldandı..! ( Zümər, 56-57 )
Ey Bəndə! De mənə daha kimlər aldandı..? - Kiçik günahlara göz yumanlar aldandı..!
İzah et..! İzah et..! Daha kimlər aldandı..? - "..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi.." deyən, saleh əməlsiz aldandı..! ( Əsr, 1-3 )
Başqa kim..? Daha kim aldandı..? - "..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq, Bu dövrdə hər şey puldur..!" deyən, zəngin aldandı! ( Təkasur )
Hələ bəhs et..!!! Başqa kim aldandı?
- Yadlardan örtünməyən qadınlar aldandı, - Şəhvətinə uyan cahillər aldandı, - Faiz yeyən iblislər aldandı, - Vaxtını boş-boş keçirən qafillər aldandı, - Axirətini unudanlar aldandı, - "..Hələ gəncəm.." deyənlər aldandı, - Fani olduğunu unudanlar aldandı, - Başqalarının hicab geyinib günah işlədiyini görən, özünün hicab geyinməsədə xeyir üstə olduğunu sananlar aldandı..! - Başqasının namaz qılıb günah işlədiyini görən, Özünün namaz qılmasada xeyir üstə olduğunu sananlar aldandı..! - Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..! - Zamanın durmadığını, unudanlar aldandı..! - Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..! - Quranı bir kərədə olsun oxumayanlar aldandı..! - Haqqa göz yumanlar aldandı..!
Daha Kimlər aldandı..? - Bunu oxuyub, nəticə çıxarmayanlar aldandı..!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!