Peyğəmbərimizdən (s.ə.v) qadınlara müjdə..

Peyğəmbərimizdən (s.ə.v) qadınlara müjdə..
Qadın və Din
10.09.2017 80
Peyğəmbərimiz buyurmuşdur ki;"Qadın, hamiləliyində, doğum edənə, körpəsi süddən kəsilənə qədər yolunda hüdudlarda növbə çəkən mücahid kimidir (Daim eləcə savab qazanar). Əgər bunlar arasında ölsə, ona şəhid mükafatı vardır."Əbdürrəhman İbni Avf rəvayət edir;"Qadın hamilə qalanda, bu onun üçün, gündüz oruclu, gecə namazlı, Rəbbinə könüldən təslim olmuş mücahid bir insanın mükafatı kimi mənən qazanc əldə edən bir vəziyyət hasil edər.Doğum ağrısı tutanda, heç bir məxluq onun nə qədər çox mükafat qazandığını haqqıyla idrak edə bilməz.Uşaq doğulanda, körpənin hər süd əmməyində anaya bir can canlandırmış kimi savab gəlir.Uşaq böyüyüb süddən kəsilmək vaxtı gələndə, vəzifəli mələk hər iki çiyninə vuraraq deyər ki:-Heç günahın qalmadı, pak oldun. Həyata günahsız olaraq yenidən başla!"Ev İşlərindən sədəqə savabı qazanmaq:Hər evi süpürdüyünüzdə niyyət etsəniz;"Rəbbim sənin razılığın üçün edirəm, təmizlik imandandır, mələklər tozlu evə girməzlər" şəklində;O ev süpürmək işiniz ibadətə çevrilər və evinizi təmizləməklə üstəlik savab qazanarsınız.Yenə yemək bişirərkən, başda bütün ev xalqını ONun razılığı üçün doyurmağa niyyət edin, Yeməyin hər şeyini soğan, tərəvəz və s. zikr edərək doğrayın, sonra bir Fatihə oxuyub üfləyin yeməyin içinə, bağlayın qazanın qapağını.Baxın necə şirin olur o yemək, həm də sədəqə savabı alırsınız. Düşünün, həm yemək, həm savab nə gözəl işdir bu, niyə kədərlənirsiniz.Niyyət, adətləri ibadətə çevirər! Bunu əsla unutmayın...Və bunu da;Evdə hər etdiyiniz işi Allahın razılığı üçün edin. Belə olsa; heç kimdən tərif, iltifat gözləməzsiniz. Çünki xanımlar həmişə diqqət gözləyər, gəlməzsə, kədərlənər. Gözləməyin, hər işin əcrini ONdan istəyin.ONun savablarına hüdud varmı? ONdan mehribanı varmı?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!