Gözəl Allahım

Gözəl Allahım
Qadın və Din
10.09.2017 243
 
Gözəl Allahım!







Ey ürəkləri çək-çevir edən, ey könüllər sahibi !



Yaraları sarıyan , dağılanı yığan Sənsən !



Varlığım Sənin varlığının şahidi



Varlığım Sənin Rəhmətinin şahidi!



Allahım!



Tək Səndən kömək diləyər tək Sənə qulluq edərik.



Şeytandan SƏNƏ sığınar Əuzu billah deyərik.



Hər işə Səninlə başlar Bismillah deyərik.



Nemət verdiyində könüldən Şükr edərik.



Versənsə də alsanda Əlhəmdülillah deyərik.



Heyran qaldığımızda Maşallah,



Peşman olduğumuz da Əstağfirullah deyərik.



Sevindiyimizdə Allahu əkbər,



Kədərləndiyimizdə İnna lilləh deyərik.



Canımız sıxıldığında Fe-subhanallah,



Zəfər qazandığımızda Nasrun minallah,



Ruzi qazandığımızda Ər-rizku Allah deyərik.






Bir işi arzu etdiyimizdə İnşallah,



Bir işi bacardığımızda Biiznillah deyərik.



Çətinlik qarşısında La-havle vələ qüvvətə mütləq billah,



Söz verdiyimizdə Vallah və Billah deyərik.



Allahım !



Mənliyimin yandırdığı atəşdə yandırma məni!



Məni nəfsimə qul etmə, qul et nəfsimi Sənə !



Bir an da olsa mənə buraxma məni!



Sən mənə yetərsən, yetməm mən mənə .



Bilmədiyimi bildir, görmədiyimi göstər!



Sən bildirməzsən bilə bilmərəm, görə bilməm göstərməzsən



Könülümə hüzur, gözlərimə nur, dizimə taqət ver!



Sən "OL" dəyincə olar, olmaz "OL" deməzsən.



Canana can, cana canan , ürəyə fərman ver!



Al budur əllərim, uzatdım sənə!



Nə olar, nə olar buraxma məni mənə !



Sən mənə yetərsən, yetməm mən mənə !



Allahım, əllərimi buraxma!



Allahım !



Buraxma bizi



Tut əlimizi!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!