Peyğəmbərimizin dəyərli hədisləri

Peyğəmbərimizin dəyərli hədisləri
Qadın və Din
10.09.2017 20
 
1. ALLAH və onun Peyğəmbərinə iman gətirmək hər bir möminin vəzifəsidir.


2. Heç vaxt bilərəkdən valideynlərinizin üzünə qabarmayın.


3. Xəbislikdən uzaqlaşın.


4. Şərab içməyin, o bütün şər əməlləri törədəndir.


5. Halal yeməklə qidalanıb, göstərişələrimə əməl edin.


6. Elə şeylər vardır ki, yaddan çıxmır, lakin onlar barəsində sükut etmək lazımdır.


7. Yalan danışanlar və nifaq salanlar ALLAHın ən qatı düşmənidir.


8. ALLAHı unutmayanlar onun ən yaxşı bəndələridir.


9. Vahid ALLAHa və onun Peyğəmbərinə iman gətirən şəxs, ya gərək yaxşı söz danışsın, ya da susun.


10. Əməlləriniz özünə qayıdacaq və öz-özünüzü cəzalandıracaqsınız.


11. ALLAH pərəstiş etdiyinizi o həmişə görür.


12. Müsəlman yaxud qeyri-müsəlman olan məzlunlara kömək edin.


13. Başqalarına rəhm edin ki, sizə də rəhm etsinlər.


14. Özgələri bağışlayın ki, sizi də bağışlasınlar.


15. Hər bir pis əməldən sonra yaxşı iş görün ki, xeyir işiniz bəd əməlinizi yuyub aparsın.


16. Acları yedizdirin, xəstələrin görüşünə gedin və ədalətsizliklə məhkum olanları azad edin.


17. Taleyin əmrinə itaət edin.


18. Hikmət qayəsi ALLAHdan qorxmaqdır.


19. Zalım və ya məzlum olmasına baxmayaraq qardaşınıza kömək edin.


20. ALLAH yanında ən əziz adam ALLAHın ailəsinə yaxşılıq edən şəxsdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!