Rəcəb ayında hansı əməllər yerinə yetirilməlidir?

Rəcəb ayında hansı əməllər yerinə yetirilməlidir?
Qadın və Din
10.09.2017 21
İslam mənbələrində göstərilib ki, Rəcəb ayında hər gün səhər və axşam, namazlardan sonra bu duanı oxumağın çox böyük savabı vardır.



Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəh, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya Kərim.”



Tərcüməsi: "Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram. Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir. İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et. İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et. İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!”



Sonra saqqalı varsa sol əli çənəyə (və ya saqqalı yoxdursa başa) qoyub (qadınlar sadəcə oxuyurlar), sağ əlin şəhadət barmağını qibləyə tərəf tutub bir qədər qaldıraraq deyirsən: "Ya zəl-cəlali vəl ikram, ya zənnə’mai vəl cud, ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar” (sol əlini başına qoyan "şeybəti” sözünün yerinə "şəri ” desin).



Tərcüməsi: "Ey cəlal sahibi və əta edən! Ey nemət və mərhəmət sahibi! Ey əta edənlərin ən səxavətlisi! Mənim ağarmış saçlarımı Cəhənnəm odundan qoru, ey mərhəmətlilərin ən mərhəmətlisi".



Rəcəb ayında oruc tutmağın da böyük savabı vardır.  İmam Sadiqdən belə bir hədis var: "Rəcəb ayında oruc tutanın savabının miqdarını Allahdan başqası bilmir. Həqiqətən bu elə aydır ki, Allah onu başqa aylardan fəzilətli etmişdir. Ona hörməti böyük etmiş və oruc tutanlarını əziz tutacağını özünə vacib etmişdir”



Həmçinin İmam buyurub: "Hər kim bu ayın son günlərindən birini oruc tutarsa, Allah onu ölümün şiddətindən, ölümdən sonrakı qorxudan və qəbir əzabından qoruyar. Hər kim bu ayın son günlərindən ikisini oruc tutarsa, Sirat körpüsündən asanlıqla keçər. Hər kim bu ayın son günlərindən üç günü oruc tutarsa, böyük Qiyamət gününün və o günün şiddət və qorxusundan amanda olar”.



Digər bir hədisdə deyilir ki, hər kim Rəcəb ayının sübhündə və əsrində 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyər və sonra əllərini qaldırıb deyərsə: "Əllahum-məğfirli və tub ələyyə", əgər həmin adam bu ayda ölərsə, Rəcəbin bərəkətinə görə od onu yandırmaz.



Həzrət Peyğəmbər (s) buyurub: "Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: "Əstəğfirullahə və əs’əluhut-tövbə".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!