Cüməniz mübarək!

Cüməniz mübarək!
Qadın və Din
10.09.2017 24
Salamun aleykum, bu gün cümə günüdür, Allah-Təala hamımızın ibadətlərini qəbul buyursun!

"Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" ("əl-Cumuə" surəsi, ayə 9).

Hәzrәt Fatimə (salamullahi әlәyha) nәql edir ki, hәzrәt Məhәmmәd (s) buyurmuşdur:

«Hәqiqәtәn, Cümә günündә elә bir saat (zaman) vardır ki, müsәlman şәxs o saatda Allah-tәaladan bir xeyir istәyәrsә, Allah onun istәyini әta edәr”. Dedim: "Ey Allahın elçisi, o, hansı saatdır?” Buyurdu: "O, günәşin yarısının üfüqdә gizlәndiyi vaxtdır»



Ədəb sayılsada məclisdə susmaq,

Məsləhət zamanı danışmaq gərək.

İki şey ağıla nöqsan sayilir:



Allahın Peyğəmbəri (s):«Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir» (Biharul-Ənvar, c.89, səh.267, hədis 5).

De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)

Cümə günü Mədinə əhli məscidə toplaşmış və İslam peyğəmbəri (s) Cümə namazının xütbələrini oxuyurdu. Bu zaman xəbər yaydılar ki, Mədinəyə ərzaq karvanı gəlmişdir. Müsəlmanlar un, arpa almaq üçün məscidi tərk etdilər. Yalnız Peyğəmbərlə (s) səkkiz və ya qırx nəfər qaldılar. Bunu görən Peyğəmbər buyurdu: "And olsun əcəlim ixtiyarında olan Allaha, əgər siz də bu məscdən gedib, burda heç kəs qalmasaydı atəş (Allahın əzabı) bütün bu biyabanı bürüyər və sizi həlak edərdi ("Nur əs-Səqəleyn", 329/5).

Həzrət Peyğəmbər (s) buyurur: "Cümə namazı kasıbların həccidir" ("Biharul-ənvar" c 89, səh. 199)

İmam Baqir (ə):"Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür" ("Səvabul-Əmal", səh.220, hədis 1).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!