Ruzinin artmasına səbəb olan amillər

Ruzinin artmasına səbəb olan amillər
Qadın və Din
10.09.2017 4
1. Təqva və günahdan çəkinmək:

Allah-təala «Qurani-Kərim»də buyurmuşdur:

"Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən)
çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq.
Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onları
qazandıqlarına görə məhv etdik.” («Əraf» - 96).

"Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta
edər. Və ona gözləmədiyi yerdən ruzi verər” («Talaq» - 2,3).

Birinci ayə ictimai təqva haqqında nazil olmuşdur. Bir qrup insanın
təqvalı olması bütöv bir şəhərin təqvalı olması demək deyildir. Deməli,
əhalinin hamısı təqvalı olarsa, bu, Allah kəlamında öz əksini tapar. Bu
zaman hamıya Tanrının bərəkət və mərhəməti şamil olar. Amma ikinci ayədə
isə fərdi təqva haqqında söhbət açılır.



2. İstiğfar (Allahdan bağışlanmaq diləmək):


İkinci amil istiğfardır. Əmirəlmöminin(ə) buyurur:

"Allah-təala tövbə və istiğfarı ruzi və mərhəmətin artmasında bir vasitə
kimi insanlar üçün təyin etmişdir. Hər şeydən pak olan Allah
buyurmuşdur:

"Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O, sizəgöydən bol yağış göndərər.” («Nuh» - 10,11)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!