Sirat körpüsü nədir?

Sirat körpüsü nədir?
Qadın və Din
10.09.2017 51
Sirat sözü aydın yol deməkdir. Sirat Qiyamət günü Cəhənnəmin üzərində
qurulacaq körpüdür ki, əvvəlincilərdən axırıncılaradək bütün insanlar
onun üzərindən keçəcəklər. Həmçinin, məhşərdəki cənnətliklər onun
üzərindən keçib Cənnətə daxil olacaqlar. Quranda və səhih hədislərdə bu
körpünün həqiqət olduğuna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur:

"İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən
etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək,
zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik” (Məryəm,
71-72).

Burada Cəhənnəmə varid olacaq deyildikdə, Siratın üstündən keçmək
nəzərdə tutulur. Həmçinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)
demişdir: "...Bundan sonra Körpü gətiriləcək və Cəhənnəmin üzərində
qurulacaqdır.” Soruşduq: "Yə Rəsulullah! O nə körpüdür elə?” Dedi:
"Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir
tikanlar vardır. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, sadan deyilən
bir bitkiyə bənzəyir. Möminlərdən – kimisi bir göz qırpımında, kimisi
şimşək tək, kimisi külək kimi, kimisi də ən bərk qaçan cins at və ya adi
bir atlı kimi sürətlə həmin körpünün üstündən keçəcək. Kimisi
sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək,
lakin axırda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar.
Lap axırıncılar isə o Körpünün üstündən sürünə-sürünə keçəcəklər”.

Siratı vəsf edən bir çox dəlillər vardır. Onların məzmunu ondan
ibarətdir ki, sirat tükdən nazik, qılıncdan iti və həm də sürüşkəndir.
Uca Allahın sabitqədəm etdiklərindən başqa heç kəs onun üzərində dura
bilməyəcək, zülmətdə insanlara onların imanlarına görə nur saçılacaq və
az öncə qeyd etdiyimiz hədisdə göstərildiyi kimi, imanlarına görə onun
üzərindən keçəcəklər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!