Axirət haqqında hədislər

Axirət haqqında hədislər
Qadın və Din
10.09.2017 23
«Biz axirət qazancını istəyənin qazancını artırır, dünya mənfəətini istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur.» (Şura, ayə 20)

Hədis:

31.İmam Əli (ə):«Dünya bədbəxtlərin arzusu, axirət isə xoşbəxtlərin qurtuluş və uğurudur.» (Ğurərul-Hikəm, hədis 694+695)

32.İmam Əli (ə):«Axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin.» (Ğurərul-Hikəm, hədis 6080)

33.İmam Əli (ə):«Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır.»(Nəhcül-Bəlağə, məktub 32)

 
Axirət işlərinin əzəməti.Quran:

«Bir gör onların birini digərindən necə üstün etdik. Axirətdə dərəcə və üstünlüklər daha yüksək və ucadır.» (İsra, ayə 21)



Hədis:

34.İmam Əli (ə):«Dünyanın hər bir şeyini eşitmək görməyindən böyükdür. Axirətin isə hər bir şeyini görmək eşitməyindən böyükdür. Odur ki, axirəti görməyin yerinə, gözlərə görünməyən, qeyb pərdəsi arxasında olanları müşahidə etmək əvəzinə, elə eşitməklə və (peyğəmbərlərin vasitəsi ilə) xəbərdar olmaqla kifayətlənin.» (Nəhcül-Bəlağə, xütbə 114)



Axirət əbədi evdir.

Quran:

«Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, qalmaq yeri axirət evidir.»(Ğafir,ayə 39)



Hədis:

35.İmam Əli (ə):«Öz əbədi evini abadlaşdıran kəs ağıllıdır.» (Ğurərul-Hikəm, hədis 8298)

36.İmam Əli (ə):«Dünya qurtaran, axirət isə əbədidir.» (Ğurərul-Hikəm, hədis 4)

 
Axirətin üstünlüyü.Quran:

«De:«Dünyanın malı azdır və axirət, təqvası olan üçün daha yaxşıdır.» (Nisa, ayə 77)



Hədis:

37.İmam Əli (ə):«Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil.»(Ğurərul-Hikəm, hədis 7502)

18.Axirəti yada salmaq.

38.İmam Əli (ə):«Axirəti yada salmaq dava-dərmandır, dünyanı yada salmaq isə ən pis dərd və xəstəlik.» (Ğurərul-Hikəm, hədis 5175+5176)

39.İmam Əli (ə):«Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar.» (Ğurərul-Hikəm, hədis 8769)



Axirət üçün iş görmək.
40.Allahın Peyğəmbəri (s):«Dünyan üçün elə işlə ki, sanki əbədi yaşayacaqsan və axirətin üçün elə iş gör sanki sabah öləcəksən.» (Tənbihul-Xəvatir, c.2, səh.234)41. Allahın Peyğəmbəri (s):«Allah gecə-gündüz ən böyük dərd-qəmi axirət olan kəsin qəlbini ehtiyacsız və zəngin edər, onun işini qaydaya salar. O, ruzisini tam şəkildə əldə etəməyincə dünyadan köçməz. Allah gecə-gündüz ən böyük dərd-qəmi dünya olan kəsin alnına isə yoxsulluq (möhürü) vurar, işinin nizamını pozar.  O dünyada öz qismətindən artıq bir şey əldə etməz.» (Biharul-Ənvar, c.77, səh.151, hədis 104)                                                              

42.İmam Əli (ə):«Dünyaya rəğbəti ola-ola axirət üçün iş görmək faydasızdır.»(Ğurərul-Hikəm, hədis 10829)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!