Şaban – Ramazandan sonra ən fəzilətli ay

Şaban – Ramazandan sonra ən fəzilətli ay
Qadın və Din
10.09.2017 5
Mayın 30-u, Şaban ayı başlayıb. Ramazandan sonra ən fəzilətli və mübarək ay. Bu münasibətlə islam.az ailəsi olaraq bütün dünya müsəlmanlarını təbrik edirik!



Şaban ayının fəziləti


Şaban ayının fəziləti haqqında məsumlardan çox sayda hədis rəvayət olunmuşdur. Onlardan bir neçəsini təqdim edirik:



Peyğəmbər (s) Şaban ayının fəziləti haqqında buyurub: "Şaban ayı mənim ayımdır və bu ayda mənə kömək edənləri (oruc tutanları) Allah bağışlasın".



Peygəmbər (s)-dan nəql olunan digər hədisdə "Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar" buyurulur.



İmam Sadiqdən (ə) belə nəql edilib ki, İmam Səccad (ə) Şaban ayı girdiyi zaman səhabələrini toplayar və onlara belə buyurardı: "Səhabələrim! (Dostlarım) Bu ayın necə bir ay olduğunu bilirsinizmi? Bu şaban ayıdır. Cəddim Rəsulullah (s) belə buyurub: "Şaban mənim ayımdır, bu ayı Peyğəmbərinizin sevgisi və Rəbbinizə yaxınlaşmaq üçün oruc tutun, canım əlində olan Allaha and olsun ki, atam İmam Hüseyndən (ə) eşitdim ki, Həzrət Əlidən (ə) belə buyurduğunu deyirdi: "Kim şaban ayını Rəsulullaha (s) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər".



Həmçinin İslam tarixində Şaban ayının fəzilətini artıran bir sıra mühüm hadisələr baş verib:
 
 - Hicrətin 4-cü ili Şaban ayının 3-cü günü İmam Hüseyn (ə) dünyaya gəlib.



- Şaban ayının 4-ü Hz.Əbülfəzl-Abbasın (ə) doğum gününə təsadüf edir.



- Ayın 5-i İmam Zeynəlabidinin (ə) mövlud günüdür.



- Şaban ayının 15-ci gecəsi 12-ci imamımız Həzrəti Mehdinin (ə) doğum günüdür. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər (s) Aişəyə belə buyurub: "…Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!