“Nimeyi Şaban”ın əməlləri

“Nimeyi Şaban”ın əməlləri
Qadın və Din
10.09.2017 12
İyunun 13-dən 14-nə keçən gecə şaban ayının 15-ci gecəsidir. Məlum olduğu kimi, şabanın on beşi  "Nimeyi Şaban", imam Mehdinin (ə) mövlud günü kimi qeyd edilir.



İmam Cəfər Sadiqdən (ə) edilən rəvayətə görə, İmam Baqirdən (ə) Nimeyi Şabanın fəzilətləri barədə soruşdular. İmam (ə) buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allaha yaxınlaşmaq üçün səy edin. Bu gecə əllərini göyə açan heç bir bəndəsini öz dərgahından əli boş qaytarmayacaq”.



Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:



a. Qüsl



b. Əhya saxlamaq.  Namaz qılmaq, dua oxumaq. Bir rəvayətdə, "bu gecəni əhya saxlayanın qəlbi, qəlblərin öləcəyi gün ölməz” deyə buyurulur.



c. İmam Hüseyn (ə)-ın ziyarəti. Bu əməli yerunə yetirmək günahların bağışlanmasına səbəb olar. Məsumlardan nəql olunan rivayətə görə, hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyn (ə.s)-ı bu gecədə ziyarət etsə ona Həcc və Umrə savabı yazılar.



Allah ibadətlərinizi qəbul eləsin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!