Allah səbr edənlərlədi

Allah səbr edənlərlədi
Qadın və Din
10.09.2017 14
Səbr ruhun məlakəsidir, gözəl bir xasiyyətdir. Dözülməsi çətin və nəfsə
ağır gələn şeylərə qatlaşmaq ancaq səbr ilə olur. Hər cür biabırçılığın
səbəbi səbrsizlik vəya gərəkdiyi qədər səbr göstərməməkdir.



Sevgili Peyğəmbərimiz s.ə.s.yaxın dostu Hz. Əbubəkr ilə oturmuşdular.
Mədinənin isti günlərindən idi. Biraz sonra içəri bir adam girdi.
Ətrafına baxdıqdan sonra Hz. Əbubəkrin yanına oturdu. Və həmin dəqiqə
Hz. Əbubəkirə çirkin sözlər deyib, tahqir etməyə başladı.



Hz. Əbubəkir səbrlə dinləyirdi. Hadisəyə şahid olan Hz.Peyğəmbər s.ə.s.
bu hörmətsiz insanın həddi aşan çirkin sözlərindən narahat olsa da bir
müddət susdu. Hörmətsiz insan kimin hüzurunda olduğunu bilmirmiş kimi
davam edirdi.



Bu insanın çirkin sözlərindən narahat olmağa başlayan Hz. Əbubəkr dayana
bilməyib həddi aşmadan, bu insana cavab verməyə başladı. Hz.
Peyğəmbərin hüzurunda olan Hz. Əbubəkr biraz daha sussa Hz. Peyğəmbərin
narahat olacağını düşünərək cavab vermişdi. Hz. Əbubəkrin cavab verməyə
başladığı an Peyğəmbərimiz s. ə. s. ayağa qalxıb, oranı tərk edir. Hz.
Peyğəmbərin uzaqlaşdığını görən Hz. Əbubəkr təlaş içində Peyğəmbərimiz
s.ə.s.-in dalıyca qaçır, digər tərəfdən də həyəcan və qorxu içində
deyir:



-Ey Allahın elçisi, sizi narahat edəcək bir şey elədim? Yalnış bir şey eləmişəmsə Allaha məni bağışlaması üçün yalvarıram.



Hz. Peyğəmbər çox sevdiyi dostuna belə buyurdu:



-Əbubəkr! O adam sənə küfür edib, sataşmağa başlayanda sən səbr etdin,
susdun. O anda Yücə Allahın yolladığı bir mələk sənin adına o adama
cavab verir, sənə dua edirdi. Sən susduqca mələk səni qoruyurdu. Elə ki,
sən də cavab verməyə başladın, o anda mələk oranı tərk etdi və ora
şeytan girdi. Mən şeytanın olduğu mühitdə durmaram. Mənim oranı tərk
etmə səbəbim bu idi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!