Allaha hər zaman Şükr edək

Allaha hər zaman Şükr edək
Qadın və Din
10.09.2017 20
Dedim: Çox tənhayam.



Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)



Dedim: Bəli bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam, kaş ki mən də SƏNƏ yaxın ola bilsə idim.



Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. (Əraf, 205)



Dedim: Bu da SƏNİN köməyini istəyər.



Dedin: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)



Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.



Dedin: ِ(Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə
edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox)
sevəndir! (Hud, 90)



Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?



Dedin: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər,
sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?!
(Tövbə, 104)



Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.



Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli,
kərəmi böyük olan (ALLAHDANDIR)! Ondan başqa heç bir tanrı yoxdur.
(Ğafir, 3)



Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!



Dedin: ALLAH bütün günahları bağışlayandır. (Zumər, 53)



Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?



Dedin: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)



Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə
üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.




Dedin: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir.



Birdən: "İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim.



Sən də: "ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.



Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?



Dedin: Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis
edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə
namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə
birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin
bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm edəndir! (Əhzab,
41-43)



Öz-özümə dedim: ALLAHIM, SƏNİ çox sevirəm. her aman fikr edek ALLAHIMIZAскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!