Hicab mənim mənliyimdir

Hicab mənim mənliyimdir
Qadın və Din
10.09.2017 6
Hicab - mənim mənliyimdir.



Hicab - mənim kimliyimdir.



Hicab - mənim məxsusiliyimdir.



Hicab - mənim itaətimdir məni yaradanın əmrlərinə.



Hicab - mənim təslimiyyətimdir.



Hicab - mənim imanımın işarəsidir.



Hicab - mənim dinimdir.



Hicab - mənim əqidəmin zərurətidir.



Hicab - mənim "mən" olmağımdır.



Hicab - mənim var olmağımdır, eyni zamanda yox olmağımdır - Onun sözü qarşısında nəfsimin yoxluğudur.



Hicab - mənim şeytanla döyüşdə qalxanımdır, qılıncımdır.



Hicab - mənim "kəlməyi-şəhadət"imdir.



Hicab - mənim şəxsiyyətimdir.



Hicab - mənim ixtiyarımdır.



Hicab - mənim qadınlıq qürurumdur.



Hicab – mənim üçün iffət simvoludur.



Hicab - mənim zəfərim, qalibiyyətimdir, zamanın yalnış tələblərinə.



Hicab - mənim zamanın axarında qərq olanlara "Dayan!" nidamdır.



Hicab - mənim cihadımdır.



Hicab - mənim asanlığım deyil, çətinliyimdir- axı çətinliklə qazanılan daha dəyərlidir.



Hicab - mənim ağır yüklü dəyərimdir.



Hicab - mənim əxlaqi-zərurətdən doğan məhdudiyyətimdir.



Hicab - mənim azadlığımdır - "azadlıq" şüarı altında neçə minlərlə oyunların aləti olmağın müqabilində.



Hicab
- mənim xatırlamam və həm də xatırlatmamdır yaradılana Yaradanı.



Hicab - mənim örpəyimdir.



Hicab - mənim təmizliyimdir yad baxışların çirkinliyindən.



Hicab - mənim naməhrəmlər qarşısında cismani pərdəmdir. Amma Allahla mənim aramdakı pərdələri götürən məhrəmliyimdir.



Hicab - məni Onunla məhrəm edən muxtariyyətimdir.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!