Səcdənin təsirləri

Səcdənin təsirləri
Qadın və Din
10.09.2017 4
Səcdə insanı Allaha yaxınlaşdırır, günahları təmizləyir, şeytanı məhv edir və insanı behiştə yola salır. İndi isə bu barədə bir neçə hədisə nəzər salaq:

Bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: "Günahlarım çox, əməlim azdır.” Həzrət (s) buyurdu: "Səcdələrinin sayın artır. Çünki külək ağacların yarpağını tökdüyü kimi səcdə günahları tökür.
 
Bir dəstə müsəlman Peyğəmbərin (s) yanına gəlib behişt üçün zəmanət istədi. Həzrət (s) buyurdu, bir şərtlə ki, uzun səcdələrlə bu işdə mənə kömək edəcəksiniz.
 
İmam Sadiq (ə) buyurur: "Səcdələrinizi uzadın. Çünki insanın səcdəsi şeytanı çox narahat edir. Şeytana əmr olundu ki, Adəmə (ə) səcdə etsin, o itaət etmədi. Lakin insan itaətkar oldu və nicat tapdı.
 İslam peyğəmbəri (s) öz yaxınlarından birinə buyurdu: "Əgər qiyamətdə mənimlə olmaq istəyirsənsə, Allah qarşısında uzun səcdələr et.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!