Guller sultani Hz.Mehemmed

Guller sultani Hz.Mehemmed
Qadın və Din
10.09.2017 22
Səni sevirəm, ey Əfəndim. Qibtə edirəm səhabələrinə, Hz.Fatimə anamıza, Hz. Həsən və Hüseyni qardaşım olaraq görürəm hər zaman! Nə vaxt kədərlənsəm, Sən gəlirsən ağılıma. Görmədən vurğunam camalına. Ürəyin qədər gözəl üzünün xəyalını qururam hər zaman...  
 Nə vaxt çox gülsəm Sənin mülayim və hirsli mənə baxdığını görürəm! Və mənə deyirsən " Yerində olsam, az gülər çox ağlayardım " deyə. Sonra harda bir yetim görsəm Səni tapıram yanımda. Mənə deyirsən "Məni istəyirsənsə onun başını oxşa. Hər zaman bir həsrət var içimdə, hər zaman gözləmək var xəyalımda. Gözyaşları içində, yaşıl qübbənin şəkilinə baxıram, xəyal edirəm hər zaman Əfəndim Səfa-Mərvə arasında, önümdə Sən varmışsan kimi qaçdığımı.
Uzun boylu, qara saçlı, ağlar içində birinə Sən deyə səslənirəm! Sonra adam arxasını dönüncə Sənin olmadığını görürəm və əyirəm başımı aşağıya doğru. Sevincim yerini hüznə buraxır. Sənə gedəcək hər yolçuyla salam göndərirəm. Sonra da salamımı almısan kimi sevinirəm. Ürəyimin bir tərəfi "Ümid" deyərkən, bir tərəfi qorxuyla atır. Səni sevirəm ey Əfəndim. Günahlarımı unudub, Sənində məni sevdiyini düşünürəm! Duyuram "ÜMMƏTİ" deyə səslənişini. Nə vaxt bir üzük alsam əlimə Sənin üzüyün gəlir hey ağlıma. Üzərində Muhəmmədun Rəsulullah yazılı olduğunu düşünüb, əhli-beyt  və səhabələrinə salam göndərirəm. Sonra hər zaman arxanda namaz qıldığımı xəyal etdim ey Əfəndim. Sonra atam, anam canım Sənə fəda olsun dedim. Mən varam ha...  
Mən kiməmmi?  
1400 il əvvəlində Salam etdiyin…  
Qardaş elan etdiyin… 
Səni Sevirəm... Çox Sevirəm...  Səlat, Salam üzərinə olsun Ya Rəsulullah...  
SƏNİ ÇOX-ÇOX SEVİRƏM... 

ALLAHUMMƏSALLİ ALA SEYYİDİNA MUHAMMƏDİN VA ALA ALİ SEYYİDİNA MUHAMMƏDскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!