14 Məsum

14 Məsum
Qadın və Din
10.09.2017 95
14 məsum kimlərə deyilir?
Məsum günahsız insanlara deyilir. Müsəlmanların əqidəsinə görə,
bütün peyğəmbərlər məsum olmuşlar. Şiə məzhəbində həm də imamlar məsum
sayılırlar. Bunun sübutu Qurani-kərimin Әhzab surəsinin 33-cü ayəsidir.
Ayədə Həzrət Muhəmməd Peyğəmbərin (s) Әhli-beytinin də günahlardan
təmizləndiyi və pak-pakizə olduğu bildirilir. Peyğəmbərin qızı Həzrət
Fatimə (ə) də Әhli-beytə aid olduğu üçün məsumdur. Beləliklə, şiə
inancına görə 14 məsum Həzrət Muhəmməd Peyğəmbərdən (s), Fatimədən (ə)
və aşağıda adları çəkilən 12 imamdan ibarətdir: İmam Әli ibn Әbu Talib,
İmam Həsən, İmam Hüseyn, İmam Zeynül-abidin, İmam Muhəmməd Baqir, İmam
Cəfər Sadiq, İmam Musa Kazim, İmam Әli Riza, İmam Muhəmməd Təqi, İmam
Әli Nəqi, İmam Həsən Әskəri və İmam Mehdi (ə)

Cənnətin qoxusunu hiss etmək istəyənlər,uşaqları
qoxlasınlar.Hz.Muhəmməd ( s) 

Hz.Muhəmməd( s ) buyurub -Ananın ayağını öpən
kəs kəbənin astanasını öpən kimidir.

Üç dua vardır ki, bunlar şüphəsiz qəbul edilir: Kasıbın duası, yolçunun duası və atanın övladına duası.
Hz. Muhəmməd ( s) 

Hz.Muhəmməd(s):Özün üçün nəyi arzu edirsənsə, başqaları üçün də onu arzu et, onu istə.

And olsun Allaha səbr məndən bezib ayağımın
altına düşsə belə yenədə səbr edəcəm.. İmam Әli(ə)

Hər kəsin Yusifə Züleyxa olmaq üçün dua etdiyi bu dövrdə,
"Hz.Muhəmmədin (s) Xadicəsi olmaq vardı.. Bir
də "Hz. Әlinin Fatiməsi...

Həzrət Әli (ə) buyurur:
Qəzəbdən çəkin ki, onun
başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.

Hz.İmam Әli (s) 
Dua Rәhmәt qapısının açarıdır,qaranlıqda işıq saçan çıraqdır.

And olsun Allaha səbr məndən bezib ayağımın
altına düşsə belə yenədə səbr edəcəm.. İmam Әli(ə)

Yıxılana sevinmə,zamanın sənə nə saxladığını bilə bilməzsən!
Hz.İmam Әli (ə)

Ürək özünə bənzər ürəyə axar.
Hz.İmam Әli (ə)

Hz. Fatimə(s.a); Atam Rəsulullaha qadın üçün ən xeyirli şey nədir
deyə soruşulduğunda:Qadının Yad bir kişini görməyişi və yad bir kişinin
də onu görməmiş olması qadın üçün ən xeyirli şeydir, deyə cavab verdi.
Әn aşağı səviyyəli insan Allahın nemətlərinə qarşı şükretməyəndir. Hz. İmam Həsən(s.a)

Әgər bu ölüm üçün yaradılmış isə Allah yolunda öldürülmək daha gözəldir. Hz. İmam Hüseyn(s.a)

Allah qatında bu iki damladan daha qiymətli damla yoxdur. Birincisi
Allah yolunda tökülən qandamlası ikincisi gecənin qaranlığında tək
Allah üçün tökülən göz yaşı damlası. Hz. İmam Zeynül Abidin (s.a)

Haram yolla əldə edilən malla nə həcc qəbul edilir, nə ümrə, nədə
qohum ziyarəti qazancların ən pisi faizdir. Hz. İmam Muhəmməd Baqir(s.a)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!