Cüme namazında idik...

Cüme namazında idik...
Qadın və Din
10.09.2017 27
Cüme namazında idik. Sağ terefimde yaşlı bir adam, onun sağında ise tek neferlik yer var idi. Yaşlı adam namaza qalxarken arxaya döndü ve boşluğun gerisinde qalan 13-14 yaşlı uşağa: - "Cergeni doldur, oğlum. Gel yanıma." - dedi. Uşaq utancaq bir ifade ile: - "Mümkünse burda qılmaq isteyirem, ora başqası keçer" - dedi. Yaşlı adam uşağın üzerinde durduğu uzun tüklü yaşıl xalçanı göstererek: - "Yoxsa ora daha yumşaqdı, ona göre gelmirsen?". Ve eseble "Ana quzusu!" - dedi. Namaz bitende yaşlı adamın Cümesini tebrik etdim. Arxadakı uşaqda gelib yaşlı adamın elini öpdü. Yaşlı adam dediklerine göre çoxdan peşman olmuşdu. Uşağın nur dolu yanaqlarını oxşayarken "Sene ana quzusu dediyim üçün üzrlü hesab ele, oğlum. Bir anda ağzımdan çıxdı" - dedi. Uşağın gözleri dolmuşdu. Başını aşağı eyerken "Dediklerinizde haqlı idiniz" - dedi ve davam etdi: - "Üzerinde namaz qılmaq üçün tekid etdiyim xalça, anam vefat edende anamın tabutuna örtülmüşdü. Orada secde edende sanki anam meni qucaqlayırmış kimi oluram." Allah analarımıza xeyirli uzun ömür versin... Dünyadan köçenlere ise rehmet elesin...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!