Peyğəmbər(s.a.s)-a 40 sual (sual-1)

Peyğəmbər(s.a.s)-a 40 sual (sual-1)
Qadın və Din
10.09.2017 95
İnşallah bu gündən etibarən hər gün  "Peyğəmbərə 40 sual-cavab” kitabından istifadə etməklə, sonuncu peyğəmbər Məhəmmədə (s.ə.s) ünvanlanan sualları və Allahın rəsulunun cavablarını təqdim edəcəyik.
 
Bu aləmin yaradılmasından xəbər ver, ya Məhəmməd.
Haqq Sübhanə taala bu aləmi neçə günə yaratdı?
Allahın Rəsulu mübarək cümlələrlə buyurdu ki, Haqq-Taala bu aləmi altı günə yaratdı.Birinci gün bazar günü,axırıncı gün isə Cümə günü olmuşdur.
Əhad günü (birinci gün) göyləri yaratdı, İkinci gün (bazar ertəsi ) Günəşi, ayı, ulduzları və küləyi yaratdı, Sələsə günü (üçüncü gün) yerdə və bəhridəki (dəniz, çay, göl, okeandakı) məxluqları, yeddi qat göylərdə olan mələkləri və havanı yaratdı. Ərbəa günü (dördüncü gün) yerdəki cəmi məxluqatın ruzisini qənimət etdi və iqramları yaratdı.
Xəms günü (cümə günü), həmçinin cənnəti, müxtəlif növlü ismətləri ilə birlikdə həzrəti Adəmi yaratdı. Həmin gün əmr etdi ki, bütün mələklər Adəmə səcdə etsinlər.
Haqq-Taala buyurur ki, bu cahanı altı günə yaratdım. Lakin qadirəm bir gündə və yaxud bir saatda yaradım. Altı gündə yaratmağımıza hikmət bu idi ki, aciz və biçarə qullarımdan hər biri iş tutanda o işi tələsik görməsinlər. Hətta qadir olsalar da, yenə tələsməsinlər.
Seyyidu-Mürsəlin və xətamün-Nəbiyin Məhəmməd-Mustafa buyururdu ki, "əl-əcələtu minəş-şeytan vət tənin minər-rahməni” – mənası budur ki, tələsmək şeytan işidir. Səbr etmək isə rəhman işidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!