Qiyamət qopacağı zaman

Qiyamət qopacağı zaman
Qadın və Din
10.09.2017 25
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Amalı eyni olan iki böyük ordu bir-birilə vuruşmayınca qiyamət qopmayacaq. Onların arasında bö­­yük bir döyüş olacaqdır. Nəhayət, otuza yaxın yalançı dəccal meydana çı­xa­caq və onlar­dan hər biri Allahın rəsulu olduğunu iddia edəcəkdir. Habelə, (alimlərin vəfat etməsi ilə dini) elm ara­dan qaldırılmayınca, zəlzələlər çoxalmayınca, zaman yaxınlaşma­yınca (bərəkəti azalmayınca), fitnələr baş qaldırmayın­ca, hərc – yəni qətl hadisələri artmayınca, əli­nizdə olan var-dövlət art­mayınca qiya­mət qopmayacaq. İş o yerə gəlib ça­ta­­caq ki, mal sahibi zəkatını verməyə adam axtaracaq, hətta onu bir kimsəyə təklif etdikdə həmin adam: "Mənim zəkata ehtiyacım yoxdur”– deyəcəkdir.
Həmçinin, insanlar hündür binalar tikməkdə bir-biriləri ilə yarışmayınca, adam biri­sinin qəbrinin yanından keçdikdə: "Kaş mən onun yerində olay­dım” deməyincə, günəş batdığı yerdən doğmayınca qiya­mət qopmayacaq. Günəş məğribdən doğduğu zaman insanlar onu görəcək, yəni hamısı bu hə­qiqətə inanacaq, lakin artıq iş işdən keçmiş olacaq.
Həmin vaxt: "....əv­vəl­cə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cəkdir” (əl-Ənam, 158). Qiyamət qopacağı zaman parçalarını qarşılarına sərmiş iki kişi nə alış-verişlərini tamamlamağa, nə də o parçanı bü­küb yığışdırmağa imkan tapmaya­caqlar.
Qiyamət qopacağı zaman də­və­si­nin südünü sağıb aparan adam o süddən içməyə fürsət tapmayacaq.
Qi­ya­mət qopacağı zaman hovuzunu suvayan adama ondan su içmək nəsib ol­ma­ya­caq.
Qiyamət qopa­cağı zaman loxmasını ağzına aparan adam onu yeməyə ma­cal tapmayacaq.” (əl-Buxari, 7121)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!