Ramazan ayı ilə bağlı fətva verildi

Ramazan ayı ilə bağlı fətva verildi
Qadın və Din
10.09.2017 19
29 iyun Ramazan ayının 1-ci günü, iyunun 28-i orucluğun niyyət gecəsidir.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.
QMİ-nin mətbuat xidmətindən bildirilir ki, Ramazanın hər gəlişi İslam aləmi üçün böyük sevincdir, çünki müqəddəs Qurani-kərim bu ayda nazil olub, xeyir-bərəkət bu ayın rəhmətinə bağlanıb.
"Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib edib. Builki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il - hicri tarixi ilə  Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Xüsusi minnətdarlıqla bildirmək istərdik ki, Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilib. Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr – Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaqdır, inşallah. Müqəddəs dinimiz orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının sonunda)  çıxarılması və imkansızlara verilməsini və bununla da onlara bayram sevincini yaşatmağı tövsiyə edir. Fitrə canın sədəqəsidir və hər bir imkanlı müsəlmanın bu günün həyat şəraitinə uyğun olaraq ailənin hər bir üzvü üçün 5-10 manat civarında fitrə zəkatı verməsi Allahın buyruqlarındandır. Mənəvi birliyimizi qorumaq məqsədilə bu qaydalara və müxtəlif mənbələrdən daxil olmuş və möminlər arasında məzhəb ayrıseçkiliyinə səbəb olan təqvimlərə deyil, məhz QMİ ilə AMEA-nın rəsədxanası tərəfindən birgə hazırlanmış və Azərbaycan üfüqünə uyğun olan mövcud təqvimə riayət etməyi dindarlarımıza tövsiyə edir, bölgələrdəki qazılar, səlahiyyətli nümayəndələr, imam və axundlar tərəfindən icraatının vacib olduğunu bildiririk. Azərbaycanda tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV-dən bu təqvimdən istifadə etmələrini xahiş edirik.
Qazilər Şurası din xadimlərimizin nəzərinə çatdırır ki, orucluqda iftardan öncə ehsan süfrələrində iştirak etməkdən qəti şəkildə çəkinsinlər. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək. Əhalidən xahiş edirik ki, belə hallarla rastlaşdıqları təqdirdə QMİ-yə məlumat versin.
Azərbaycan dindarları bu əziz günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən bütün qəhrəman övladlarımızın, o cümlədən Qarabağ şəhidlərinin əziz xatirəsini yad edir, ruhlarına dualar oxuyurlar. Mübarək Ramazanda edilən duaların qəbul olunacağına əmin olduğumuz üçün biz Allah-taaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük fədakarlıq göstərən dövlət rəhbərimiz İlham Əliyev cənablarına sonsuz xeyir-dualar diləyirik. Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!”, - .deyə fətvada bildirilir.

QMİ müsəlman qardaş və bacıları mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!