Peyğəmbər(s.a.s)-ə 40 sual..(sual-9)

Peyğəmbər(s.a.s)-ə 40 sual..(sual-9)
Qadın və Din
10.09.2017 6
Sual-9

Hövzi-kövsərdən danış və Tuba ağacından xəbər ver, ya Məhəmməd.



Həzrəti fəxri-kainat cavab verdi: Haqq-taala hövzi-kövsəri cənnətdə mənim üçün yaratmışdır. Həmin o hovuzun böyüklüyü Safadan Yəmənədəkdir. Üç yüz fərsəx yoldur.

Suyu Ərş altından gəlir. Firdousi-əlaya axar. Rəngi qardan ağ, dadı şəkərdən şirindir. Hər kim o sudan bir qurtum içərsə, heç vaxt susamaz və ölməz. Hovuzun kənarları altundan, torpağı müşki-ənbərdən, içindəki daşlar incidən və mərcandandır.

Hovuvuzun kənarında qədəhlər qoyulub. Həmin qədəhlər ulduzların sayı qədərdir. Qiyamət günündə həmin qədəhlərlə ümmətimə su verməlidirlər. Xoşbəxt o kimsələrdir ki, hövzi-kövsərdən su içəcək.

Tuba ağacı mənim məqamımdır. Budaqları yaqutdandır. Ağacın altı gülzardır. Cənnət əhlinin biri digərini müşahidə etmək arzusunda olsa, Tuba altına gələr, mələklər atları hazır edərlər. Onlar atları minib cənnəti seyr edərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!