Gəldi on bir ayın sultanı-Ramazan

Gəldi on bir ayın sultanı-Ramazan
Qadın və Din
10.09.2017 13
Lütf eylədi ALLAH bizə  verdi yenə imkan,

Gəldi Ramazan ,aylar içində odu sultan.

ALLAH ayıdır,bil ki,ziyafət ayıdır bu,

Nəfsinlə cihad eylə,ibadət ayıdır bu,

Əfzəldi min aydan da,hidayət ayıdır bu,

Fürsətdi ol ALLAHA həmi İtrətə Mehman,

Gəldi Ramazan,aylar içində odu sultan.

 

 
 

 
Aç əllərin ALLAHA hər işdə ona dua et,
Pak qəlb ilə,pak nəfs ilə ALLAHı yad et,
Aclıqla,susuzluqla,fəqir,miskini şad et,
Dil,nəfs,gözün bağla ki,qəlbin tapa iman,
Gəldi Ramazan,aylar içində odu sultan.
 

 

Bir süfreyi-ehsandı ,vəli sərvəri davər,
Əfv eyləyər hərçənd əməlin olsa kəmtər,
İtrət ətəyin tut,sənə qismət ola Kövsər,
İtrət qapısını kim aça olmaz dili suzan,
Gəldi Ramazan,aylar içində odu sultan.
 

 

 Ramazan ayınız mübarək olsun bütün Qadinlar.biz userleri.Oruc tutanların orucu qəbul olar inşallah.(Amin)
ALLAH hamımızın günahlarını əfv edər və dualarımızı eşidər inşallah. :melek: :melek:
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!