Ramazan ayının gündəlik müstəhəb əməlləri

Ramazan ayının gündəlik müstəhəb əməlləri
Qadın və Din
10.09.2017 32
Ramazan ayının bir çox müstəhəb (savabı çox olan, amma vacib olmayan) əməlləri var ki, onların da bəzilərini bu məqalədə dəyərli oxucularımızın nəzərinə çatdırırıq.



Məlum olduğu kimi (bu barədə saytımızda dərc olunan digər məqaləmizdə məlumat vermişik), Ramazan günlərinin hər birinin ayrıca duaları var. Amma bunlarla yanaşı aşağıda diqqətinizə təqdim etdiyimiz duanı hər gün oxumaq da böyük savabdır:



"Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələşşuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil-Quran. Hudəl-linnasi və bəyyinatin minəl-huda vəl-furqan. Və cəəltəha fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl-mənni və la yumənnu ələyk. Munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fimən təmunnu ələyh. Və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin”.



Tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə! Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O Ramazan ayında qədr gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!