Peyğəmbər(s.a.s)-ə 40 sual..(sual-10)

Peyğəmbər(s.a.s)-ə 40 sual..(sual-10)
Qadın və Din
10.09.2017 5
Sual-10
Yeddi qat yerlərdən və məxluqatlarından xəbər ver, ya Məhəmməd.

Peyğəmbər əleyhissəlam cavab verdi ki, haqq-taala yeddi qat yeri
bir-birindən beş yüz illik yol məsafədə aralı yaratdı. Birinci yeri
Adama məskən etdi. İkinci yeri yel xəzinəsi tutdu. Üçüncü yerdə bir
tayfa vardır ki, üzü it üzü, əlləri adam əlləri kimidir. Haqq-taalaya
qarşı günah etməmişlər. Qiyamət günündə onlara nə savab, nə də günah
var.



Dördüncü yerdə haqq-taalanın kibrit mədəni və daş xəzinəsi vardır. Onun
qüvvəsinə görə yanan daş bu dünyanın dağı kimidir. Əgər onlardan bir
qırıq dünyaya çıxarılsa, bütün məxluqat onun səbəbindən həlak olar. 



Beşinci yerdə əqrəblər vardır ki, hər biri dəvə böyüklüyündədir.
Quyruqları sallaqdır, hərəsinin quyruğunda üç yüz batman zəhər var. Əgər
zəhərdən bir qətrə dənizə düşərsə, tamam canlılar məhv olar. 

Altıncı yer əhli-cəhənnəm ruhlarının yeridir. O kəslər ki, dünyadan
gedəndə əzab mələkləri onların canını alıb, ora gətirərlər, ta
qiyamətədək orda qalarlar. 



Yeddinci qat İblisin yeridir. Divlər və pərilər həmişə onu əhatə
edərlər, dövrəyə alıb hər biri yer üzündə Adəm övladına yetirdikləri
fəsadı söyləyərlər. Haqq-taala kəmali-kərəmindən cəmi Məhəmməd ümmətini
İblisin şərindən uzaq eyləsin (amin). скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!