Bu gün sənin son günün olsa idi əgər...Bu barədə düşündünmü hec?!

Bu gün sənin son günün olsa  idi əgər...Bu barədə düşündünmü hec?!
Qadın və Din
10.09.2017 7
Gözlərini yumub, düşündü...Bu gün sənin son günün olsa idi əgər...Bu barədə düşündünmü heç?! ... Gözləri bir nöqtəyə zillənmiş. Nə hərəkət edə bilir, nə də danışa bilirdin! Susmuşdun. Artıq susma zamanın gəlmişdi. Həyatın boyunca danışdıqlarını indi dinləməli idin. Bu danışdıqlarının içində nə qədəri Allahın kəlamlarıydı?

Ürəyin daşlaşmışdı və sən indi bunu hiss edirsən. Bu ana qədər bütün yaşadıqlarını istəməsən də xatırlayırsan.En gözəl və ən acı anlarını, yaxşılıqlarını və pisliklərini! Ən çox da günahlarını! Yaxşılıqlar həmişə xatirində qalar insanın. Ancaq xatırlayınca ləzzəti deyil, həsrəti duyulur. Bəs günahlar? Onların həmişə ağrısı, sızısı qalar ürəkdə. Hər xatırladığında ürəyin daralar...

Budur uşaqlığın ... Necə də gözəl idi o günlər. Gələcəyin üçün nə böyük xəyalların vardı. Günah nədir bilməzdin...Budur,artıq böyümüsən... İlk günahını xatırlayırsan! Tərtəmiz vicdanın etdiyinin ağrısıyla sızlamışdı. Daha sonra bəzisi gizli, bəzisi açıq nələr etmişdi nələr! Qeybətlərin, böhtanların, yalanların! ... Elə çirkin böhtanlar atmışdı ki... Sorğuda, dəlilsiz sözlərlə, bəzən də yalnış anladığın bir əməldən ötrü hökm vermişdin...!

Gözlərini açdı və yenə düşündü...Və belə bir nəticəyə gəldi.”Dünyada əkib axirətdə biçəcəyik etdiklərimizi”.Rəbbim bizə günahdan uzaq yaşamağı, xeyirli əməl işləyib təmiz bir imanla dünyadan köçməyi nəsib etsin. Amin!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!