Qədr gecəsinin fəziləti və əməlləri

Qədr gecəsinin fəziləti və əməlləri
Qadın və Din
10.09.2017 68
Müqəddəs Ramazan ayı müsəlmanlara hicrətin ikinci ili təyin edilmişdir.
Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz
iradə qüvvələrini, dözümlülüklərini yoxlamaq imkanı verir, onları
gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc ramazan ayında tutulduğu
üçün ona "Ramazan orucu" da deyirlər. Məhz ramazan ayının axırıncı on
gecələrinin birində Quran nazil edilmişdir.Rəvayətlərə görə bu, həmin
ayın ya 18-dən 19-na, ya da 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə
baş vermişdir. Həmin gecə "leylətul-qədr” – qüdrətli, əzəmətli gecə
adlanır. Qurani-kərimin "Qədr" surəsində buyurulur: "Həqiqətən, biz
Quranı Qədr gecəsi nazil etdik. Bilirsənmi Qədr gecəsi nədir? Qədr
gecəsi min aydan xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə
hər işdən ötrü enər. O gecə dan yeri sökülənədək əmin-amanlıqdır."
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay
hesab edilir. Onu "on bir ayin sultanı" da adlandırırlar. Bu gecələri
qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə olur. Bu gecə məsləhət
görülən ibadətlər dua kitablarında bəyan olunub. Ramazan ayı ərzində
mühüm məqamlardan biri də Qədr gecələridir. İslam mənbələrinə görə,
Qurani-kərim müqəddəs Peyğəmbərimizə məhz bu gecədə nazil olub. Odur ki,
müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri
savab əməl sayılır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan ayının Qədr
gecəsində bütöv halda Lövhi-Məhfuzdan - Allahın dərgahında hifz olunan
Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail əleyhissəlam vasitəsilə
Peyğəmbərimizə (s) 23 il müddətində hissə-hissə çatdırılmışdır. Bu
səbəbdən, Qədr gecəsinin savabı min ayın savabından çoxdur. Qədr gecəsi
Ramazanın son on gecəsindən biridir. Hədislərə görə, bu gecə Ramazan
ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 26-dan 27-nə keçən
gecələrdən biridir. O gecə mələklər və Cənab Cəbrail həmin gündən gələn
ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə
və Təaladan əmrlər alıb yerə enər, əmrləri çatdırarlar. Qədr gecəsi
bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın
müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə
qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır. Əhya gecəsi və Qədr
gecəsi eyni mənalı məfhumlardır.



Həmin gecə sakitsilik, əmin-amanlıq olur. Həmçinin möminin qəlbi rahat
olur. Uca Allah buyurur ki, o gecə dan yeri sökülənə kimi (büsbütün)
salamatlıqdır! 



Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (s) səhabəsi olan
Ubey İbn Kəb belə demişdir: "O bir olan Allaha and olsun ki, (Qədr
gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı
gecədir. Peyğəmbər (s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir...
Onun əlaməti odur ki, həmin gün səhər günəş ağapaq şüasız çıxır.”



Üzümüzə sonsuz rəhmət qapılarını açan Allaha həmd olsun. Bu gecələri
əhya, qiyam etmək gərəkdir. Yəni qəflət yuxusundan oyaq halda keçirmək
gərəkdir. Ramazan ayının gecələrindən birində müqəddəs kitabımız olan
Qurani-kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır.
Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı
müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi
Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.
İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23-cü
gecələrindən biridir.



Qədr Gecəsinin Əməlləri

1- Qüsl etmək. Mərhum Əllamə Məclisi bu qüslu günəş batan çağı alıb, onunla axşam namazının qılınmasının müstəhəbdir.

2- Səhərə qədər oyaq qalıb
ibadətlə məşğul olmağın mənası budur ki, insanı Quranı qarşılayaraq
deyir: "İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə
səhərə qədər oyaq qalıb onu qarşılayıram".

3- Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir.

Yəni: "Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə
bilərdim. Lkain mən sənin razılığını qazanmaq üçün sənin evinə gəlmişəm
və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm". 

4- Qədr gecəsinin namazı. İki
rükət namazı hər rükətdə Həmddən sonra yeddi dəfə İxlas surəsini oxumaq.
Namazdan sonra yetmiş dəfə: "Əstəğfirullahə və ətubu iləyh" desin. 

İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib
yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış
Allah onun ata-anasının günahlarını bağışlayar."

5- Quranı başa qoyub, Allahın,
peyğəmbərin və imamların adlarına and verməklə Allahdangünahların
bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası
Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq
demıkdir. Yəni: "Ey Allahım, sən mənə hörmət edib kitab göndərirsən, mən
də onu özüm üçün rəhəbər və yol göstərən təyin edir və onu həmişə başım
üzərində qoruyub saxlayacağam." Həzrət Peyğəmbər(s) buyurur: "Hər kəs
Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə
tərəf yönəldər". (Yəni hər kim Quranı oxuyub ona əməl edərsə və oona
tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan
şəxs, Quran oxumağına baxmayaraq, Cəhnnəmə vasil olar.)

Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki: "Ey
Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm
və Səndən öz istək və ehtiyaclarımı diləyirəm".

Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:

Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:

"Alllahummə inni əs'əlukə
bi-kitabik'əl-munzəl. Və ma fihi, və fihi ismukəl-əkbər, və
əsmaukəl-husna, və ma yuxafu və yurca, ən təc'ələni min utəqaikə
minən-nar." Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih.
Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə
ərəfu bihəqqikə mink."



Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:

On dəfə "Bikə ya Allah" .

On dəfə "Bi-Muhammədin (s)" .

On dəfə "Bi-Əliyyin (ə)"

On dəfə "Bi-Fatimətə (s.ə)" .

On dəfə "Bil-Həsəni (ə)" .

On dəfə "Bil-Huseyni (ə)" .

On dəfə "Bi-Əliyyibnil-Huseyn" .

On dəfə "Bi-Muhəmməd ibni Əliyyin" .

On dəfə "Bi-Cəfər ibni Muhəmməd" .

On dəfə "Bi Musa ibni Cəfər" .

On dəfə "Bi-Əliyyibni Musa" .

On dəfə "Bi-Muhamməd ibni Əliyyin" .

On dəfə "Bi-Əliyyibni Muhəmməd" .

On dəfə "Bil-Həsən ibni Əliyyin" .

On dəfə "Bil-Huccəti".



Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtadqıdan
sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu
adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

6- Bu gecənin bir əməli də İmam Əli (ə) İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq. 

7- Bu üç gecədə əhya tutmaq (bu
gecələri yatmadan səhərləmək) də müstəhəbdir. Bir hədisi şərifdə belə
keçər: "Qədr Gecəsini əhya tutan kimsənin günahlarını, Allah
bağışlayar/hədiyyələr."

8- Hər üç gecədə də yüz rükət
namaz qılmağın çox fəziləti var.(kimin boynunda qəza namazı varsa,
6-günlük qəza namazıda qıla bilər)

9-Cövşən-Kəbir duasını oxumaq

10-Peyğəmbər (s) və onun əhlibeytinə salavat göndərmək.

11- Yüz dəfə
"Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. Bu əməlin
mənasaı belədir: İnsan keçmişdə etdiyi günahlardan peşmanolub gələcəyini
abadlaşdırmaq üçün Allaha söz verir.Yəni: "Ey Allahım, bu günə qədər
mən səhv yolda olmuşam. Lakin bu gündən sənin bütün əmrlərinə tabe
olacaq və bir daha günah etməyəcəm".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!