Göz yaşları ilə yuyulan üzdən daha saf üz ola bilməz..

Göz yaşları ilə yuyulan üzdən daha saf üz ola bilməz..
Qadın və Din
10.09.2017 29
ALLAH qorxusu ilə ağlayan gözə Cəhənnəm atəşinin toxunması haramdır.ALLAH qorxusu ilə gözündən yaş axana Qiyamətdə əzab olmaz..(Həzrəti Muhəmməd s.a.v)ALLAH qorxusu ilə tökülən göz yaşı gözlərin nurudur.. (Həzrəti Əli əleyhissalam)Eşq üçün tökülən göz yaşı ilə savaşda axan qanı heç bir şey əvəz edə bilməz..(Fransız atalar sözü)Mən heç bir ananın göz yaşlarına dözə bilmərəm..(Maron Publi Vergili)Bir damla göz yaşında necə də böyük cəhənnəmlər vardır....(Uilyam Şekspir)Ən tez quruyan göz yaşıdır.. (Mark Tulli Siseron)Ən qiymətli göz yaşları eşqin vergisidir.. (Alfred Müsse)Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər..(Aleksandr Puşkin)Gözdə göz yaşı yoxdursa, ruhda göy qurşağı yarana bilməz..(Hind atalar sözü)Göz yaşı-qəlbdə olan atəşin dəlilidir.. (Zinun Misri)Göz yaşı ruh üçün yayda yağan yağış kimidir.. (Alfred Austin)Göz yaşı ruhumun peyvəndidir.. (Əli Suad)Göz yaşından nə çıxar ,nə üçün tər tökmədiniz?!..(Məhmət akif Ərsoy)Göz yaşları ağrı-acının ümidsizliyə çevrilməsinə maen olar..(Özdəmir Asaf)Göz yaşları biçmək istəyənlər sevgi əksinlər..(İohann Kristof Fridrix Şiller)İlahi rəhmətin insan gözündə damla-damla olmasıdır göz yaşları.. (Əbdülfəttah Şahin)Göz yaşları iztirabın səssiz təzahürüdür..(Mari Fransua Arue Volter)Göz yaşları ilə hətta dəmiri də əridə bilərsiniz..(Publi Nazon Ovidi)Göz yaşları ilə yuyulan üzdən daha saf üz ola bilməz..(Uilyam Şekspir)Xoş göz yaşları olanların halına!..(İohann Volfqanq Höte)İçdəki kiri su yox, göz yaşı yuyar.. (Cəlaləddin Rumi)Elə göz yaşlarımız var ki, başqalarını aldatdıqdan sonra dəfələrlə bizi də aldadır..(Fransua de Laroşfuko)Saxta göz yaşları ilə duzlu suyun heç bir fərqi yoxdur.. (Petro Metastasio)Göz yaşı ağrı-acının sızıltısı, sevincin isə şəbnəmidir!..(Naməlum)Yaradan rəhmətini qəhrindən üstün saydı,Nə olardı halımız, göz yaşı olmazdı?! (Nəcib Fazıl Qsakürək)Aşiqin göz yaşı könül sirrinin sıza-sıza axışıdır..(Məhmət Rasim Mutlu)Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir.. (Cövdət Anday)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!