Başı suya salmaq və toz udmaq orucu pozarmı?

Başı suya salmaq və toz udmaq orucu pozarmı?
Qadın və Din
10.09.2017 4
Əhli-sünnə məzhəbinə görə, ağıza toz getməsi orucu batil etməz. Cəfəri məzhəbində bu məsələyə baxış fərqlidir. Bəzi müctəhidlər ağıza toz getməyin mütləq olaraq orucu pozduğunu söyləmişlər. Bəzi müctəhidlər isə, bunun ehtiyati-vacibə görə orucu batil etdiyini buyururlar.

Məsələn, Ayətullah Seyyid Əli Sistani ehtiyata görə, qatı tozun orucu pozduğunu yazır, qatı olmayan tozun isə oruca ziyanı yoxdur. Ayətullah Nasir Məkarim Şirazi isə şərt qoyur ki, ağız boşluğuna daxil olandan sonra ağız suyu ilə qarışıb gilə çevrilən toz udularsa, oruc batil olar. Əks halda, oruc düzdür. Başı suya vurmaq olarmı?

Əhli-sünnə məzhəblərinə görə, orucluq zamanı suya baş vurmaq, dənizə dalmaq orucu pozmaz. Amma bu zaman ağızdan və burundan su keçməsi ehtimalı yarandığı üçün, suya baş vuran adam çox diqqətli olmalıdır. Bunun üçün ağzı və burnu qapatmaq və suyun içəri keçməsinə mane olmaq lazımdır. Hətta bəzi alimlər (xüsusilə hənəfi məzhəbində) ağızdan və burundan su keçməsi təhlükəsini nəzərə alaraq, imkan daxilində orucluq zamanı suya baş vurmamağı məsləhət bilirlər.



Cəfəri məzhəbli alimlərin əksəriyyətinə görə, ehtiyati-vacibə əsasən, suya baş vurmaqla oruc pozular. Diqqət yetirin ki, burada yalnız başı bütövlükdə suya batırmaq nəzərdə tutulur. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır. Bəzi cəfəri müctəhidlər (o cümlədən, Ayətullahül-üzma Sistani) oruc zamanı başı tamamilə suya batırmağın orucu pozmadığına, amma şiddətli məkruh əməl olduğuna fətva vermişlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!