Cənnət çiçəkləri

Cənnət çiçəkləri
Qadın və Din
10.09.2017 8
Dünyanın ən incə, ən
həssas və ən saf varlıqları uşaqlar. Maraq dairələri geniş, hərəkətləri
məzəli, düşüncələri saf və parlaq. Həyatın  şirinli-acılı, coşğun və
səssiz, sevincli-kədərli dünyasından uzaq və bixəbər, özlərinin
xəyallarında canlandırdıqları bir dünyanın insanlarıdır onlar.
Övlad
Allahın insana vermiş olduğu bir əmanətdir və vaxtı çatanda onu geri
alacaqdır. Əgər ona yaxşı baxılar, tərbiyə edilər və başqalarına faydalı
olacaq bir insan kimi yetişdirilərsə imtahan verilmiş deməkdir. Lakin
insan sadəcə nəfsi adına onu özündən bir parça görərək həddindən artıq
sevgi duyarsa Allaha qarşı hiss etməli olduğu sevgini tamamilə uşagına
verərsə, "bir qəlbdə iki sultan olmaz” düsturuna görə ilahi imtahanı itirmiş olur.
Allah
Rəsulunun həyatına baxanda hər qisim insanlarla olduğu kimi uşaqlarla
da yaxşı rəftarı insanlığa örnək ola biləcək xüsuslardandır. Ənəs b.
Malik (r.a.)dan gələn rəvayətə görə "Rəsulullah (s.ə.s.) uşaqlara qarşı insanların ən şəfqətlisi” idi. "On il onun xidmətində dayandım. Bu illər ərzində bir dəfə də olsun nə məni danladı, nə səsini qaldırdı, nə də döydü " demişdir.
Rəsulullah
yolda gedərkən uşaqları gördükdə ayaq saxlayıb onlara salam verər,
bəzən onların oyunlarında iştirak edər, onların başını sığallayar, öpər
və onları "cənnət çiçəkləri” adlandırardı. Abdullah b. Ömərdən gələn rəvayətə görə nəvələri Həsən və Hüseynə: "Dünyadakı iki reyhanım” deyərdi.
Uşaqların
qəlbində şəfqət və sevgi hissləri oyatmaq üçün səhabələrə sıx-sıx
övladlarıyla bərabər olmağı və öpüb oxşamağı məsləhət görərdi. Bir gün
Allah Rəsulunun nəvələrini öpüb qoxladığını görən Aqra b. Habis:

Mənim on uşağım var, ancaq indiyədək heç birini öpməmişəm - deyincə,  Allah Rəsulu:
Allah sənin qəlbindən mərhəməti çıxarıb atmışsa, mən nə edə bilərəm?- cavabını vermişdir.

Sevgi
və mərhəmət təzahürlərini göstərməklə yanaşı onların tərbiyəsinə də
nəzarət edən Allah Rəsulu, yemək-içmək, qapı döymək və s. kimi əxlaqi
qaydaları onlara öyrədərdi. Ənəs. b.Malik (r.a.) rəvayət edir:
"Mən yemək yeyəndə əlim boşqabın hər tərəfində gəzirdi. Bunu görən Peyğəmbər (s.ə.s.):
-Oğlum, bismillah çək və önündən ye!” – deyə buyurmuşdur.
Allah
Rəsulu uşaqlarla maraqlanar, bəzən onlarla oyun oynayardı. Namazda ikən
nəvələri belinə çıxdığı zaman, oyunlarını bir az uzatmaq üçün səcdədən
gec qalxardı. Hz. Ömər (r.a.)dan gələn rəvayətə görə bir gün Allah
Rəsulunun yanına girəndə onun belində Həsən və Hüseyni görür. "Nə gözəl miniyiniz var” deyə gülümsəyərək uşaqlara müraciət edir. Allah Rəsulu da öz növbəsində başını qaldıraraq: "Görürsənmi, nə gözəl süvarilərim var?!” deyərək qarşılıq verir.
Qurani-Kərim dünyanın və övladın imtahan niyyəti ilə verildiyi barədə belə buyurur: "Mallarınız
və övladlarınız bir fitnə (imtahan)dir, Allah, onlarla sizi imtahan
edir. Ən böyük mükafat isə Allahın yanındadır. (kim Allah sevgisini mal
və övlad sevgisindən üstün tutarsa o, Allah’ın yanındakı mükâfata nail
olar
" (Təğabun, 64/15). Bu ayənin ifadə etdiyi həqiqətə
görə hər şeydə Allahın rizasını axtarmaq və Ona yönəlmək; digər şeyləri
də həddi aşmadan qədərində yerinə yetirmək önəmlidir. Bu insanların
övladlarını tərk etmək mənasını güdmür, əksinə onları Allahın bir
əmanəti şəklində görərək ailə fərdlərinə sahib çıxmağını və Allahın
rizası olmayan şeylərdən uşaqlarını uzaqlaşdırmağı məsləhət görür.



İslam
dini, uşaqlar haqqında ana-ataya gözəl adqoyma, yaxşı tərbiyə vermə və
vaxtı gələndə onu evləndirmə kimi üç önəmli vəzifə verir. Bu vəzifələr
çox yaxşı idrak edilməlidir. Çünki bu vəzifələr, bütün bir həyatı əhatə
edir. Onun üçün həkimlərin beşikdəki uşağa qida cədvəli tətbiq etdikləri
kimi, ana-ata  da uşaqlarının yaş və idrak səviyələrinə görə həyat boyu
tərbiyələrinə diqqət etməlidir. Hələ onları evləndirərkən Peyğəmbərimiz
(s.ə.s.)in ifadəsiylə sərvətə, gözəlliyə və soya baxmamalı, dini,
həyatı seçimdə birinci ünsur qəbul etməlidirlər.

      Övladı 
tərbiyə mövzusunda da onunla aradakı məsafəni saxlama önəmli əsaslardan
biridir. Bir tərəfdən vüqar və ciddiyyətə  diqqət edərkən,  digər
tərəfdən onların dərdlərini və sevincini paylaşmaq çox önəmlidir.
Ana-ata olaraq, vüqar və ciddiyyət qorunmadan, onunla sadəcə uşaqcasına
davranılar, oyun oynanar, güləş tutularsa, məsafə qoruna bilməyəcək  və 
bu kimi xüsuslarda uşağa təsir olunmayacaqdır. Belə  bir atmosferdə
yetişən uşaq, ərköyünləşib müxtəlif davranış pozuntuları göstərə bilər
və hətta kobudlaşa bilər. Bu tərəfdən istər öz uşaqlarımız olsun,
istərsə tərbiyə edilmək üzrə bizə təslim edilmiş uşaqlar olsun, onların
sağlam bir tərbiyədən keçmələrini istəyiriksə, onlarla aramızdakı bu
məsafə daima qorunmalıdır.

Üstəlik, uşaqlar daima özlərinə ideal bir
insan modelini təqlidetmə ehtiyacını hiss edirlər. Öz ata və ya anasında
istədiklərini tapa bilməyəndə bunu ətrafındakı dost-tanışlarından örnək
götürməyə başlayar ki, bu da onun gələcəkdə ailədən qopmasına, yanlış
xarakter və davranışlar sərgiləyərək uzaqlaşmasına gətirib çıxarar.
Xüsusilə, bu hal, özünü onların həddi-büluğ yaşlarına girdiklərində
biruzə verir. Bu zaman valideynlər onlarla rəftarda ehtiyatlı olmalı,
balaca uşaq kimi davranmamalıdırlar.
    Valideynlər uşaqlardan yalnız verdiklərini geri alacaqlar, istədiklərini deyil.
 
Müəllif: Samirə Mahmudova
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!