Min bir dərdin dərmanı

Min bir dərdin dərmanı
Qadın və Din
10.09.2017 28
İnsan həyatı enişli-yoxuşludur: çətinliklər, sıxıntılar, problemlər
xoş saatları,
yaxşı günləri əvəz edir.
İnsan bir çox bədbəxt hadisələr
- təbii fəlakətlər,
sevdiklərinin ölümü,
sağalmaz xəstəliklər və s.
qarşısında acizdir.
Belə hadisələrlə qarşılaşanda insan gücsüzlüyünü daha dərindən hiss edir
və heç bir şey edə bilməməsi onda ağır psixoloji travmalar yaradır.
Bir çox hallarda daxili ziddiyyətlər və psixoloji zəiflik insanların
içkiyə,
narkotik vasitələrə qurşanmasına səbəb olur,
bəzən hətta intihara sövq edir.
Psixoloqlar uzun illər belə hallardan çıxış yolu axtarmış,
müxtəlif metodikalar işləyib hazırlamışlar.
Təəssüflə qeyd olunmalıdır ki,
bir çox hallarda təklif olunan metodikalar faydasız olur və cəmiyyət öz üzvlərini itirmək təhlükəsi ilə üzləşir.
İmanlı insanların çoxluq təşkil etdiyi cəmiyyət isə bu problemlə daha az qarşılaşır.
Çünki Allaha təslim olan şəxs hər bir sıxıntı və çətinlikdə öz Yaradanına sığınır.
Allaha sığınan bəndə əmindir ki,
Rəbbi hər zaman onunladır.
Bəli, Allah Qurani-Kərimdə bəndələrinə dua etmək əmri verir və duaların qəbul ediləcəyini vəd edir:
«Mənə dua edin,
Mən də sizin dualarınızı qəbul edim!»
(«Ğafir» surəsi, ayə 60).
Başqa bir ayədə Rəbbimiz buyurur:
«Ey iman gətirənlər!
Səbir və dua ilə Allahdan kömək diləyin.
Çünki Allah səbir edənlərlədir»
(«Bəqərə» surəsi,  ayə 153)
 
 
Dua
insanda özünəinam hissini gücləndirir,
onu pessimist əhval-ruhiyyədən qoruyur.
İnsan dua edərkən bilir ki  tək deyil, onu eşidən və görən var.
Onun dərdinə şərik olan var.
Onun ehtiyaclarını Allah eşidir və bilir.
Bu hiss insana rahatlıq gətirir,
axı Allah hər şeyə qadirdir.
O, bir
işin olmasını istəsə
«Ol!» deməsi kifayət edər.
Dua
etdikdən sonra insanın qəlbinə rahatlıq gəlir və insan yüngülləşir.
Çünki dua zamanı insan öz problem və çətinliklərini Allaha həvalə edir və Ondan kömək istəyir.
«…Ona (Allaha) həm
qorxu, həm
də ümidlə dua edin.
Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!»
(«Əraf» surəsi, ayə 56).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!