Qonaqpərvərliyin əvəzi

Qonaqpərvərliyin əvəzi
Qadın və Din
10.09.2017 32
Bir dəfə kasıb bir kişi varlı şəxsin qapısını döyərək Allah rizası
üçün ondan bir tikə çörək istəyir. Kasıb kişi nə qədər ac və əlacsız
olduğunu desə də, varlı onu qovur və qapısını onun üzünə bağlayır.
Bundan təsirlənən kasıb bir kənarda oturub ağlamağa başlayır. Bu zaman
yoldan ötən bir kor onun səsini eşidir və yaxınlaşaraq nə baş verdiyini
soruşur. Kasıb başına gələnləri kora danışır. Kor kişi  ona təsəlli
verir, sonra yeni tanışını evinə dəvət edərək Allahın verdiyi nemətləri
onunla paylaşmasını israr etdi. Evə çatar-çatmaz kor kişi kasıb üçün
süfrə açır. Süfrə zəngin olmasa da, ev yiyəsinin qonağa səmimi-qəlbdən
qulluq etməsindən şad olan kasıb ona dua edir: «Sən mənə öz evinin, ən
əsası, könlünün qapısını açdın. Qoy hər şeyə qadir Allah da sənin
gözlərini açsın!».
 Gecə olur. Kor kişi kasıb tanışının halına acıyır, qonağına necjə
kömək edəcəyi barədə düşünür. Səhərə qədər fikirdən yatmayan kor kişi
kasıb tanışına yardım edə bilməyəjəyi barədə o qədər dşünür ki, 
pərişanlıqdan ağlamağa başlayır. Bu zaman möcüzə baş verir - kor kişinin
gözündən süzülən hər damla yaş işığa çevrilir. Korun gözlərinə nur
gəlir. Xəbər tezliklə bütün şəhərə yayılır. Bir vaxt kasıb kişini
qapısından qovmüş varlı bu xəbəri eşitcək kor kişinin yanına gəlir.
Ondan gözlərinin nejə açıldığının sirrini soruşur. Kor kişi həmin
varlını görməsə belə, danışığından onun həmin kasıbı qapısından qovan
varlı olduğunu başa düşür və deyir: «Mənə yaxşı bax, gözlərimə bax!
Mənim gözümün qapısını sənin qapını üzünə bağladığın o kasıb kişi açdı.
İndi düşün, sən o kasıb insanı sıxıntılı vaxtında tək qoydun, ancaq
Allah onu tək buraxmadı, həm də buna görə məni də mükafatlandırdı». Bunu
eşidən varlı paxıllıqdan başına-başına vurmağa başlayır.  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!