Qüslü necə almaq lazımdır?

Qüslü necə almaq lazımdır?
Qadın və Din
10.09.2017 49
1. Bütün qüslləri(cənabət, heyz, nifas, məss-meyyit və s.) tərtibi qüsl adlanan qayda ilə aşağıdakı şəkildə almaq olar:-
Qüsl alan şəxs qüsl niyyəti ilə (cənabət, heyz və s.– hansı qüslü
aldığını müəyyən edərək və Allah-Taalanın əmrini yerinə yetirmək
məqsədilə)
a) əvvəlcə başını və boynunu,
b) sonra çiynindən dabanadək bədənin sağ tərəfini,
c) sonra çiynindən dabanadək bədənin soltərəfini yumalıdir.
Əgər bir kəs qəsdən, yaxud unutqanlıq və ya məsələni bilməməzlik
üzündən bu qaydaya – tərtibə riayət etməsə, qüslü batildir. Göbəyin və
cinsiyyət üzvünün sağ yarısını bədənin sağ tərəfi ilə, sol yarısını isə
bədənin sol tərəfi ilə yumaq lazımdır. Daha yaxşı olar ki, göbək və
cinsiyyət üzvü bütövlükdə, bədənin hər iki tərəfi ilə yuyulsun.
1.
Bədənin üç hissəsinin (baş-boyun, sağ tərəf, sol tərəf) tamamilə
yuyulduğuna əmin olmaq üçün hər bir tərəfi yuyan zaman bir qədər o bir
tərəfdən də yumaq lazımdır.
2. Boynunda bir neçə qüsl olan şəxs onların hamısının niyyətini tutub bir qüsl ala bilər
Tərtibi
qüsl qaydasından əlavə irtimasi qüsl qaydası da var. İrtimasi qüsl alan
şəxs gərək qüsl niyyəti ilə tamamilə suyun altına (hovuz, göl, çay,
dəniz və s.) girsin və su bir anlığa da olsa onun bütün bədənini əhatə
etsin.
(Əhli sünnə məzhəblərinə görə qüslə başlayarkən əvvəlcə ağız
su ilə üç dəfə yaxalanmalı, sonra buruna üç dəfə su alınmalıdır, cəfəri
(şiə) məzhəbində belə qayda yoxdur.)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!