Hz. Əlidən (ə) bir neçə hekayə

Hz. Əlidən (ə) bir neçə hekayə
Qadın və Din
10.09.2017 8
Bır gün bir nəfər Həzrəti-Əlidən utana-utana soruşur: «Ey Allah
Rəsulunun Xəlifəsi! Nə üçün belə köhnə və yamağı olan əba ilə
gəzirsən?»-«Qəlbi dünyanın bəzək-düzəyindən təmizlənmiş adamlar
möminlərə nümunə olur» — deyə Həzrəti-Əli cavab verir.
 
İmami-Azam Həzrətləri üstünə gəlməkdə olan bir heyvanı görərkən
kənara çəkilərək yol verdikdə, yanındakılar — niyə belə etdin?- deyə
soruşurlar. İmami-Azam düşünmədən belə cavab verir: «Onun buynuzları,
mənim isə ağlım vardır.
 
Bir gün Həzrəti-Əli Əleyhissəlam, mübarək yumruğunu sinəsinə
vuraraq belə demişdir: «Bu köksümdə bir çox gizli elmlər vardır. Ah! Kaş
bu elmlərlə yüklənib, onları apara biləcək ər-övladlar tapa biləydim.»
Və əlavə etmişdir: «Əgər istəsəm, cəmi yeddi ayədən ibarət olan Fatihə
surəsinin təfsiri ilə 70 dəvəni yükləyərəm.»
 
Bir gün Elm və Hikmət qütbü Həzrəti-Əli atını minməyə
hazırlaşarkən, bir ayağı yerdə, o biri ayağı üzəngidə olduğu halda bir
yəhudi riyaziyyatçı ona:«Ey bütün biliklərə sahib olan İmam! Mənə elə
bir ədəd de ki, 1-dən 10-a qədər bütün rəqəmlərə bölünsün və qismət
qalıqsız olsun». Həzrəti-Əli elm aynası olan parlaq üzünü yəhudi alimə
çevirərək «İstədiyin ədədi tapa bilsəm, müsəlman olarsanmı? — Bəli,
olaram, ey İmam! Onda həftənin günlərini vur çevrənin tam dərəcəsinə» — o
biri ayağına da üzəngiyə keçirib atını mindi.
Yəhudi 7-ni 360-a vurub 2520 ədədini aldı, sonra yenə də fikrində
2520:1=2520; 2520:2=1260; 2520:3=840: 2520:4=630; 2520:5=504;
2520:6=420; 2520:7=360; 2520:8=315; 2520:9=280; 2520:10=252
Heyrət və dəhşətlər içində, yəhudi alim infial edərək: «Ey elmi
büllurlardan duru İmam! Verdiyin vədə əməl edib, müsəlman oldum! İslamı
qəbul edirəm!» Bir müsəlmanın da artdığından xoşbəxtlik duyan
Həzrəti-Əli atını çapıb, gözdən itdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!