Alimin həssaslığı

Alimin həssaslığı
Qadın və Din
10.09.2017 11
Sevimli Peyğəmbərimiz Həzrəti-Məhəmmədin (s.ə.s) hədisi-şəriflərini toplayan alimlər bu barədə çox həssas davranıblar. Bəzən bir hədisi dörd-beş mənbədən öyrənir və ən düzgün olan variantı yazdıqları kitaba alırdılar. Elə olurdu ki, bir hədisin ardınca məmləkətdən məmləkətə üz tuturdular. Bir zərrə yalan ehtimalı hiss edən kimi daha mötəbər mənbələrə yönələrdi o alimlər.

 

Hədis alimlərindən biri günlərlə yol gəlib axtardığı adamı tapmışdı, ondan misilsiz bir əmanət, Rəsulullahın (s.ə.s.) hədisini öyrənəcəkdi. Uzaqdan yaxınlaşanda gördü ki, həmin şəxs bir qədər aralıda durmuş atını çağırır və ovcunu bükərək özünü elə göstərir ki, sanki əlində nəsə var. Bir qədər o mənzərəyə baxır və gəldiyi kimi də geri dönür. At sahibi onu çağırır, niyə gəldiyini və niyə döndüyünü soruşur. Alim də gəlişinin məqsədini söyləyir, sonra da deyir ki, Allah-Təalanın o dilsiz-ağızsız heyvanını aldadan məni dünəndən aldadar. Ona görə də sənə etimadım qalmadı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!