Hz Məhəmməd peyğəmbər (s.a.s) (1 hissə)

Hz Məhəmməd peyğəmbər (s.a.s) (1 hissə)
Qadın və Din
10.09.2017 72
Doğulub: 570 (yaxud 571-ci il), Məkkə

Vəfat edib: 8 iyun 632.

Mədinə

Dini: İslam

Baş məbədi: Peyğəmbər məscidi,Mədinə.

Müqəddəslər təqvimi: Mövlud bayramı – doğum günü

Müqəddəs rəmzləri: Qırmızı Qızılgül.

Hz.Məhəmməd peyğəmbər—İslam dininin banisi. Müsəlmanlar tərəfindən Allahın elçisi (Rəsulullah), Peyğəmbərlərin möhürü (Xətəmul ənbiya), əsl dinin başlıca və axırıncı peyğəmbəri hesab olunur.



Uşaqlıq dövrü

Hz.Məhəmmədin anadan olduğu il adətən eramızın 570-ci ili sayılır. Hz.Məhəmmədin uşaqlıq və gənclik illəri haqqında məlumat çox cüzidir. Səhih məlum olan ancaq budur ki, o erkən yetim qalmışdır: atası Abdulla uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə Hz.Məhəmməd altı yaşında olarkən ölmüşdür. Bundan iki il sonra babası Əbdül Mütalib də vəfat etmişdir. Anasının ölümündən sonra Hz.Məhəmmədə babası baxırdı. Onun vəfatından sonra yetim qalmış uşağa əmisi Əbu Talibqayğı göstərməyə başlamışdır. Hz.Məhəmməd onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir.On iki yaşında ikən Hz.Məhəmməd Əbu Talibin ticarət işləri ilə əlaqədar olaraq uzaq Suriyayaaylarla davam edən səfərində iştirak etmişdi. Ərəbistan yarımadasının hüdudlarından kənarda özünün bu ilk səyahəti zamanı o, özü üçün yeni olan, bilavasitə doğulub boya-başa çatdığı bütpərəst qəbilə-tayfa mühiti ilə çox böyük təzad təşkil edən xristian, yəhudi və digər dini icmaların dünyası ilə təmasda olmuşdur. Bir çox şərhçilər heç də əsassız olmayaraq belə güman edirlər ki, bu yeni aləmlə tanışlıq balaca Hz.Məhəmmədə silinməz təsir bağışlamış, onda mənəvi bir gərginlik yaratmışdı. Bu gərginlik Hz.Məhəmmədin bütün sonrakı həyatı boyu zəifləməmiş və onu nəticə etibarı ilə yeni dinin yaradıcısı kimi böyük bir iş görməyə sövq etmişdir.

 

(Qeyd : Peyğəmbərimizin həyatının gedişatını digər hissədə yazaram inşallah)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!