Bu gün Tasua, sabah, noyabrın 4-ü, Aşura günüdür

Bu gün Tasua, sabah, noyabrın 4-ü, Aşura günüdür
Qadın və Din
10.09.2017 27
Məhərrəm ayının 9-cu günü "Tasua” günüdür. Hicri-Qəməri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının 9-u Kərbəla faciəsinin ərəfəsi idi. "Tasua" ərəb dilindən tərcümədə "doqquzuncu" deməkdir. Ömər ibn Sədin qoşunları tərəfindən mühasirəyə alınan İmam Hüseyn (ə) və onun yaxınları bu günlər ərzində düşmən tərəfindən sudan da məhrum edilmişdir.



Düşmən qoşunları İmam Hüseynə (ə) və onun yaxınlarına qarşı müharibəyə başlamaq əzmində idilər. Lakin İmam Hüseyn (ə) qardaşı Həzrət Əbülfəzl Abbas (ə) vasitəsilə ibadət etmək üçün bir gecəlik möhlət istəyir. Düşmən ordusu əvvəlcə buna razı olmaq istəməsə də, sonradan razılıq verir.



Həmin gecə hamı ibadətlə məşğul olur. O gecənin ən yadda qalan səhnələrindən biri budur ki, İmam Hüseyn (ə)  düşmən ordusunun qarşısına çıxacaq şəxslərdən beyətini geri götürür və işıqlar söndürüldükdən sonra onlara getmək icazəsini verərək bildirir ki, bu qaranlıqda kim istəsə getsin, "onsuz da Yezidin işi mənimlədir". Lakin yollarının sonunun ölümlə bitəcəyini bildikləri halda heç kəs oranı tərk eləmir. Tasua gününün səhəri, yəni Aşura günü İmam Hüseyn (ə) və 72 nəfər Yezidin ordusu tərəfindən amansızcasına şəhid edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!