Allahın nemətləri (İlk xəbərim)

Allahın nemətləri (İlk xəbərim)
Qadın və Din
10.09.2017 10
Uca Allah buyurur:" Allah göyləri və yeri gerçək yaratmışdır. O,
müşriklərin qoşduqları şəriklərdən ucadır.Allah insanı nütfədən yaratdı.
O isə açıq-aşkar mübahisəyə çevrildi.Mal qaranıda o yaratdı.Onlardan
sizin üçün istilik(bədəninizi isti saxlayan yun geyim ) və başqa
faydalar vardır.Həmçinin onlardan yeyirsiniz. Həqiqətəndə Rəbbiniz
Şəfqətlidir,Rəhimlidir.
Atları qatırları və uzunqulaqları sizə həm minik, həmdə zinət olsun
deyə Allah yaratdı.O , sizin hələ bilmədiyiniz bir çox şeyləridə
yaradır.
Doğru yol göstərmək Allaha aiddir.Əyri yollarda vardır.Əgər o istəsəydi sizin hamınızı doğru yola yönəldərdi.
Göydən suyu endirən odur.Bu həm sizin içməyiniz , həm də icində
mal- qaranızı otardığınız otların bitməsi üçündür.Allah onunla sizin
üçün dənli bitkilər,zeytun,xurma,üzüm və başqa meyvələrin hamısından
yetişdirir.Həqiqətən bunda anlayan adamlar üçün dəlillər vardır.
O gecani və gündüzü , günəşi və ayı sizə xidmət etməyə
yönəltdi.Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda
anlayan insanlar üçün əlamətlər vardır.
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram
etdi.Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər
vardır.
O, dənizidə sizin xidmətinizə verdi ki,ondan yemek üçün təzə balıq
və taxmaq üçün bəzək şeyləri əldə edasiniz.Sən gəmilərin dənizi
yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib
olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
O,sizi silkələnməsin deyə,yer üzündə möhkəm dağlar və düzgün səmt
götürəsiniz deya , çaylar və yollar yaratdı. Əlamətlər yaratdı.İnsanlar
ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər.Heç yaradan da
 yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?
Əgər Allahın nemətlərini saymalı olsanız onları sayıb qurtara
bilməzsiniz.Həqiqətən, Allah Bağişlayandır, Rəhimlidir"(ən-Nəhl,3-18).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!