Allah Rəsulunun dolanışığı necə idi?

Allah Rəsulunun dolanışığı necə idi?
Qadın və Din
10.09.2017 29
Ömər ibn Xəttab demişdir: Bir gün mən Rəsulallahın (salallahu aleyhi və səlləm) yanına gəlib onun həsirin üstündə uzandığını, başını içi xurma lifi ilə doldurulmuş bir yastığa söykədiyini və həsirin də onun böyrünə iz saldığını gördüm və ağlamağa başladım. Rəsulullah məndən: "Niyə ağlayırsan?" deyə soruşdu. Mən dedim: "Xosrov və Qeysər (Fars və Rum padşahları) cah-cəlalləq içində yaşayır, sən isə Allahın rəsulu olduğun halda belə acınacaqlı vəziyyətdə yaşayırsan". Onda Rəsulullah dedi: "İstəmirsən ki, dünya onlara, Axirət isə bizə nəsib olsun?!" (Buxari, 4532)

İbn Məsud rəvayət edir ki, (bir dəfə) Peyğəmbər həsirin üstündə uzanıb yatdı (və həsir onun böyrünə iz saldı). Oyandıqda mən əlimi onun böyrünə sürtə-sürtə dedim: "Ya Rəsulullah, izin ver, sənin rahatlığın üçün bu həsirin üstünə yumşaq bir şey sərək”. Onda Rəsulullah belə buyurdu: "Mənimlə dünyanın məsəli, ağacın kölgəsi altında dincini aldıqdan sonra, o kölgəliyi tərk edən atlının məsəlinə bənzəyir” (Sunən ət-Tirmizi, 2/60)

Aişə demişdir: "Olurdu ki, biz -- Muhəmmədin ailəsi bir ay od qalamırdıq (isti yemək bişirmirdik). Evimizdə ancaq xurma və su olardı" (Buxari, 2428)
Başqa rəvayətdə Aişə demişdir: "Muhəmmədin ailəsi Mədinəyə gəldiyi gündən onun vəfat etdiyi günədək heç vaxt üç gün dalbadal buğda çörəyindən doyunca yeməmişdir” (Səhih əl-Buxari, 5416). Bu dəlildir ki, Rəsulullah evində nəinki bir illik, yaxud bir aylıq və ya bir həftəlik ərzaq ehtiyatı saxlayar, hətta bir neçə günlük belə evində ərzaq olmazdı. Əksinə, Rəsulullah dua edib deyərdi: "Allahım, Muhəmmədin ailəsinə gündəlik yemək nəsib et!” (Səhih əl-Buxari, 6460).

Malik ibn Dinar demişdir: "Rəsulullah nadir hallar istisna olmaqla, çörəkdən və ətdən doyunca yeməmişdir. Mən bədəvilərin birindən: "Nadir hal nədir?" - deyə soruşdur. O: "Camaatla bir yerdə yemək yeməsidir" - deyə cavab verdi".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!