Qurani-Kərimdən seçilmiş dualar (4-cü hissə)

Qurani-Kərimdən seçilmiş dualar (4-cü hissə)
Qadın və Din
10.09.2017 14
31. "Rabbənə həb lənə min əzvacinə va zurriyətinə qurratə əyinun va-c-alnə li-l-muttəqinə iməmə"
"Ey Rəbbimiz! Bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!" (əl-Furqan,74).



32. "Rabbənə-ğ-fir lənə va li ixvaninə-l-ləzinə səbəqunə bi-l-imən va lə təcəl fi qulubinə ğıllən li-l-ləzinə əmənu rabbənə innəkə raufun rahim"
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən" (əl-Həşr, 10).



33. "Rabbənə ətmim lənə nuranə vəğfir lənə innəkə alə kulli şeyin qadir"
"Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən" (ət-Təhrim, 8).



34. "Rabbical həzə-l-bələdə əminən vacnubi va bəniyyə ən nəbudə-l-əsnam"
"Ey Rəbbim, bu diyarı (Məkkəni) əmin -amanlıq yurdu et! Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!" (İbrahim, 35).



35. "Rabbi inni limə ənzəltə ileyyə min xeyrin fəqir"
"Ey rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam" (əl-Qəsəs, 24).



36. "Rabbi-nsurni alə-l-qaumi-l-mufsidin"
" Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et! " (əl-Ənkəbut, 30).



37. "Həsbiyəllahu lə iləhə illə huva alryhi təvəkkəltu va hua rabbu-l-arşi-l-azım "
" Mənə təkcə Allah yetər, Ondan başqa heç bir tanrı yoxdur, O, əzəmətli Ərşin Sahibidir " (ət-Tövbə, 129).



38. "Asə rabbi ən yəhdiyəni səvaə-s-səbil"
"Ola bilsin ki, Rəbbim mənə doğru yol göstərsin " (əl-Qəsəs, 22).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!