Gələcək üçün günahkar insan yetiştirmənin 8 asan yolu

Gələcək üçün günahkar insan yetiştirmənin 8 asan yolu
Qadın və Din
10.09.2017 7
1 - Daha kiçikkən uşağa istədiyi hər şeyi verməyə başla! Bu şəkildə o hər kəsin onun dolanışığını təmin etmək məcburiyyətində olduğuna inanacaq.
2 - Pis sözlər söylədiyi zaman, gül. Beləcə o özünün ağıllı olduğuna inanacaq.
3 - Ona düşünməyi və beynini istifadə etməsini öyrətmə, 21 yaşına gəlincə özü qərar versin, deyə gözlə.
4 - Yer atdığı hər şeyi götür! Kitablarını, ayaqqabılarını, paltarlarını, onun üçün hər şeyi sən et ki o bütün məsuliyyətlərini başqalarına yükləməyə alışsın.
5 - Onun qarşısında tez-tez ailə mübahisələri et ki,onun da ailəsi bir gün dağıldığında, bir o qədər də təəccüblənməsin.
6 - Ona istədiyi qədər cibxərcliyi ver ki, heç bir zaman öz pulunu qazanmanın nə olduğunu öyrənməsin.
7 - Yemək,içəcək və rahatlıqla əlaqədar bütün arzularını yerinə yetir ki,istədiklərini hər vaxt başqası tərəfindən əldə etməyə alışsın.
8 - Qonşulara, müəllimlərə, polislərə qarşı daim onun tərəfini tut ki onların hamısından bir addım öndə olduğunu bilsin.



Bütün bunları və buna bənzərləri edərkən yetişdirdiyin uşağın, günün birində başına həqiqətən bir bəla gələrsə, ondan üzr istə, amma onu fəlakət dolu bir həyata sürüklədiyin üçün öz-özünə də təşəkkür etməyi unutma. Çünki onun belə yetişməsinin səbəbkarıda bir az sən özünsən.....



Allah bizlərə dininə, millətinə, dövlətinə xeyirli övladlar yetişdirməyi nəsib etsin. Namaz vaxtıdır. Allah ibadətlərinizi,dualarınızı qəbul etsin. Dualarınızda gələcək nəslimiz olan bu günün körpələrini də unutmayın. O körpələr ki, onlar gün gələcək sizin dualarınız sayəsində hər bir cəhətdən xeyirli insan olacaqlar İnşallah....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!