Cüməniz mübarək

Cüməniz mübarək
Qadın və Din
10.09.2017 51
Unutmayaq ki,cümə günü günah və savablar ikiqat yazılır. Hədislərdə axirət (qiyamətin) cümə günü olacağına dair məlumatlar gəlir.
Qurani Kərim. Isra Surəsi,



19.Kim də mömin olaraq axirəti dilər ve ona səylə can atarsa,onların səyi təşəkkürlə qarşılanar.
Allahım,məni,ata-anamı,mənim evimə mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadinları bağışla.



Cümə gününün fəziləti.



Quranı Kərim, Cümə surəsi:
9. Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.
10. Və namaz qurtardıqda, yer üzünə dağılışın və Allahın kərəmindən istəyin (iş və ruzi dalınca gedin) və Allahı çox zikr edin, bəlkə səadətə yetişəsiniz.
11. (Lakin cümə namazına əhəmiyyət vermirlər) bir ticarət, ya əyləncə gördükdə, səni ayaq üstə (xütbə, ya namaz halında) buraxıb onun tərəfinə axışarlar. De: «Allahın dərgahında olan şey əyləncədən (malların şəhərə daxil olması zamanı çalınan musiqi və təbil səsindən) və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»



Hədislər:
Allahın Peyğəmbəri (s.a.v.):«Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.»
Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.
Həm xeyir, həm də şər cümə günü ikiqat artar.
Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür.
Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.
Allahın Peyğəmbəri (s.a.v):« ya Əli, İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et, Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!