Qadın və kişinin fərqli 30 xüsusiyyəti (6-10)

Qadın və kişinin fərqli 30 xüsusiyyəti (6-10)
Qadın və Din
10.09.2017 13
6. Düşüncə
Kişi susaraq düşünməyə üstünlük verir və sonda nəticə olaraq sözünü deyir. Qadın isə ucadan düşünür və bu da kişi tərəfindən çox danışmaq kimi başa düşülür. Kişilər öz fikirlərini daha çətin ifadə edirlər, nəinki qadınlar.



7. Ailəyə münasibət
Ailə, sevgi qadın üçün dünyada hər şeydən vacibdir. Qadın öz yaradıcılığında, şəxsi karyerasında uğur qazansa da, ondan həyatının ən xoş anını soruşsan, övladlarının dünyaya gəlmə anlarını və ya həyat yoldaşı ilə 40, yaxud 50 il ömür sürdüyünü qeyd edər. (Ümumən nəzərdə tutulur)



8. Kəşf və zirəklik
Adətən hər hansı tapıntı və ya kəşf kişilərin adı ilə bağlıdır. Qadınlar monoton həyata fitrətən meyllidirlər. Kişilər isə onlardan fərqli olaraq, eynilikdən yorulurlar və tezliklə belə situasiyalardan qurtulmağa çalışırlar. Belə misallardan biri kimi, "pampersin” icadını göstərmək olar.
Amerika mühəndis-kimyaçısı Viktor Miləz tualet sabunlarının texnoloji xüsusiyyəti ilə məşğul idi. "Pampers”i icad etməyə həyat onu məcbur etdi: bazar günləri nəvələrini onun yanına baxmağa gətirirdilər və uşaq əskiləri onu təngə gətirmişdi. Məhz onun nəvələri ilk "Pampers”i sınaqdan çıxarmış uşaqlar olmuşlar. 1961-ci ildə ilk dəfə olaraq pamperslər satışa çıxdı. Göstərilən misaldan belə, kişinin qadına nisbətən dəyişkənliyə və rahatlığa daha çox üstünlük verdiyi müşahidə olunur.



9. Dinləmə bacarığı
Qadın diqqətlə və sonadək dinləmək qabiliyyətinə malikdir. Kişi isə qadını 10-15 saniyə diqqətlə dinləyir və axıradək dinləmədən dərhal cavablandırır.



10. Ünsiyyət
Qadınlar insan münasibətini daha incə mənimsəyir, xırda detallara daha həssas reaksiya verirlər, nəinki kişilər. Əgər kişilərdə uğur qazanmaq və məqsədə çatmaq birinci yerdədirsə, qadınlarda ilk növbədə ətrafla münasibətdir. Ətrafdakılara diqqət – həqiqi xanımlığın ən cəlbedici xüsusiyyətlərindən biridir. Kişi göz yaşına, pis iştahaya və ya qeyri-adi sükuta fikir verməyə bilər. Lakin qadından bütün bunları gizlətmək çox çətindir. Qadınlar üz ifadəsindən daha yaxşı "oxuyur”, həmsöhbətinin əhval-ruhiyyəsini daha tez anlayır və daha həssas olur.
Kişilər daha aqressiv, qadınlar isə daha münaqışəlidirlər.
Qadınların nitqi kişilərlə müqayisədə daha mürəkkəb, bitkin və tamdır. Ümumiyyətlə, qadınlar dilçilik və qrammatikada güclüdürlər. Buna səbəb nitqi idarə edən beyinin sağ yarımkürəsinin daha yaxşı inkişaf etməsidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!